Sabiq Baş prokuror qardaşının işdən çıxarılmasından danışdı

Sabiq Baş prokuror qardaşının işdən çıxarılmasından danışdı
Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərov qardaşı Dilqəm Alıyevin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini vəzifəsindən çıxarılmasından danışıb.

BiG.AZ-ın məlumatına görə, Əli Ömərov ölkə.az-a açıqlamasında bildirib ki, qardaşı öz istəyilə işdən çıxıb:

"Qardaşım öz ərizəsilə işdən çıxıb. Əmək kitabçası da özündədir. Başqa sahədə işləmək üçün Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən gedib".

Xatırladaq ki, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyevin işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edildiyi deyilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 428 Tarix: 11.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol