Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid BAĞLANDI - FOTOLAR

Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid BAĞLANDI - FOTOLAR
Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscid bağlanıb və cümə namazına heç kim buraxılmır.

BiG.AZ report-a istinadən xəbər verir ki, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keçik çəkir.

Qeyd edək ki, “İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.
Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid BAĞLANDI - FOTOLAR
Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid BAĞLANDI - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 432 Tarix: 11.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol