"Nə Abid Şərifov, nə də Hacıbala Abutalıbov bu problemi anlaya bildi"

"Nə Abid Şərifov, nə də Hacıbala Abutalıbov bu problemi anlaya bildi"Son iki ildə Bakıda və Sumqayıtda bir neçə dəfə yol çökmələri qeydə alınıb.
Hətta ötən ilin son aylarında Bakıda torpaq sürüşməsi və çökmələr mütəmadi hal almışdı. Bir gün ərzində Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə dağ sürüşmüşdü.

BiG.AZ-ın qafqazinfo-ya istinadən məlumatına görə, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə yenə də Sumqayıtda yol çöküb.

Rəsmilər bir çox hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Bəziləri isə kanalizasiya xəttinin çürüyərək torpağa axmasını da etiraf ediblər. Bəs son illərdə Bakı ilə Sumqayıtın sürüşməyə və çökməyə meyilli olmasının səbəbi nədir?

Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, ekspert Əzim Məsimov bildirib ki, vəzifə başında olan mütəxəssislər heç kanalizasiya xətlərinin hamısının yerini bilmirlər:

"Bu gün sistem dağılıb deyə yeraltı kommunikasiyaları bilən adamlar qalmayıb. Məsələn, deyirlər, Nobel prospektində 26 metr dərinlikdə kanalizasiya suyu axır. Bu dərinlikdə xətti kim çəkib, haradan çəkib? O prospektdə üç dəfə yol çöküb.

Bunun səbəbini öyrənmək lazımdır ki, bu su haradan gəlib, hara gedir. Kanalizasiya xətlərini çəkən şəxslər onun istismar müddətini bilməlidir ki, vaxtında dəyişsinlər. Amma bu gün bu işlərdən başı çıxmayan adamlar işləyirlər, onlar da qəza yerinin üstünü basdırıb asfalt çəkib çıxıb gedirlər. Buna görə də eyni hadisələr təkrar olunur.

Bakının kanalizasiya xətti köhnəldiyi üçün o zaman yeni layihə hazırlandı və "Böyük kanalizasiya" adlandırıldı. Mənim rəhbərliyimlə həmin işlər görüldü, amma tikinti tam başa çatdırılmadı. Mən vəzifədən gedəndən sonra da nə olduğunu bilmədim. Məsələ budur ki, Bakının Binəqədi, Xırdalan, Xocəsən, Badamdar, Bayıl kimi böyük qəsəbələrinin kanalizasiya xətti yoxdur. Orada yığıntılar Xocasən gölünə, ya da Xəzər dənizinə axıdılır.

Bakının kanalizasiya xətti problemi qətidir və həll edilməsə, bir azdan görəcəklər ki, Bakının ora-burasından çaylar axır. Kanalizasiya suları torpağın altı ilə axır və hara çökəkdisə, gəlib ora yığılır. Bu problem isə ümumilikdə şəhərin seysmik göstəricisini aşağı salır.

Misal üçün, bir hündürmərtəbəli yaşayış binası doqquz ballıq zəlzələ gücünə hesablanıb tikilərsə, həmin sular gəlib binanın zirzəmisinə toplananda onun dayanıqlılıq gücü yeddi bala qədər düşür. Bu gün Bakı hürdürmərtəbəli binalar üçün təhlükəlidir.

Bakını, Sumqayıtı idarə edən kişilər bu məsələləri anlamalıdır və yığışıb müzakirə edib qərarlar verməlidirlər. Yoxsa bu məsələ Abşeron yarımadası üçün faciə ilə nəticələnə bilər. Nə olsun ki, yazılır. Guya yazılanları oxuyan var?"

Ə.Məsimov qeyd edib ki, paytaxtın bəzi yerlərində kanalizasiya xəttinin iki əsr yaşı var:

"Bakının kanalizasiya sistemi tamamilə yenilənməyib. Amma bir neçə istiqamətdə kollektorlar tikilib, bu kollektorlar olmasaydı, vəziyyət lap biabırçı olardı. Abşeron rayonunda böyük əraziləri su basır, bunun səbəbi odur ki, orada yaşayanlara su verilir, amma kanalizasiya xətti çəkilmir.

Əhali də işlətdiyi suyu torpağa axıdır. Qanuna görə, su xətti ilə kanalizasiya xətti eyni vaxtda çəkilməlidir. Kanalizasiya xətlərinin çəkilməsi böyük kapital tələb edir, amma bundan qorxmaq yox, başlamaq lazımdır.

Hazırda Bakının kanalizasiya sisteminin vəziyyəti hədsiz dərəcədə acınaqlı və təhlükəlidir. Bakının ilk kanalizasiya xətləri XIX əsrin sonlarında çəkilib, amma son illərdə nə qədər yüksək binalar tikilib. Lakin buna uyğun kanalizasiya xətti yaradılmayıb. Bakının çox hissəsində xətlər çürüyüb. Amma son 25 ildə Bakıda bu işləri həll edəcək adam olmadı.

Nə Abid Şərifov, nə də Hacıbala Abutalıbov bu problemi anlaya bildi. İndi də elə adam yoxdur. Bakı qəşəngdir, gözəldir, sevirik, amma harada qırıldı-qırıldı.

Badamdardakı hadisə üçün Yaponiyadan mütəxəssis gətirib ona dedilər ki, bizim kanalizasiya xəttimiz yoxdur, suyu bura tökürük, ona görə də sürüşür. Gör nə günə qalmışıq ki, özümüz kanalizasiya suyunu torpağa axıdırıq, səbəbini də yapondan soruşuruq. Həm də baha qiymətə pul verib soruşuruq. Deyirlər, Badamdar yeraltı çaya görə sürüşüb. O çay dağa haradan çıxdı? Mənbəyini göstərə bilərsiniz? O çayın mənbəyi əhalinin axıtdığı kanalizasiya sularıdır.

Bakıda, ümumiyyətlə, yeraltı su olmayıb, Bakı səhra yeri olub. Bircə Buzovnada qrunt suyu var idi, o vaxt quyu qazıb dənizə axıtmaq üçün sistem yaratdıq. Qrunt suyu dedikləri, əslində, kanalizasiya sularıdır".

Qeyd edək ki, Badamdar dağındakı sürüşmə ilə bağlı hər hansı bərkitmə işlərinə başlanılmayıb, aktivlik isə son günlər müşahidə edilmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1353   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1541
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 381
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 613
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1223
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 830
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1009
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 400
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 280
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 341