"Arvadımın alt paltarını oğurlamışdı..." – Azərbaycanda dəhşətli qətlin təfərrüatı

"Arvadımın alt paltarını oğurlamışdı..." – Azərbaycanda dəhşətli qətlin təfərrüatıBeyləqan rayonunda qısqancliq zəminində qətl törətməkdə təqsirli bilinən Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş 1980-ci il təvəllüdlü Muxtar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ teleqraf.com -a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Beyləqan rayonun Dünyamalılar kəndində baş verib.

Muxtar Mustafayev arvadı Aygün Sarıyevanın həyətdə ipdən asılmış alt paltarlarının 27 yaşlı həmkəndlisi Əli Bayramov tərəfindən bir neçə dəfə götürülməsindən şübhələnib.

İpdən oğurlanan paltar

Muxtar Əlinin onun qayınatasıgilin evindən də qadın alt paltarı götürdüynü görüb. Bundan sonra arvadına məxsus paltarları Əlinin apardığına əmin olub.

Muxtar Mustafayev Əli Bayramovun valideynlərindən onun bir daha kənddə görünməməsini tələb edib.

Lakin bir müddət sonra, 11 yanvar 2018-ci il tarixdə, saat 22-23 radələrində yaşadığı evdən küçəyə çıxan Muxtar Mustafayev Əli Bayramovu qonşuda, atası Əlövsət Bayramova məxsus evin həyət darvazası qarşısında dayanıb telefonla uca səslə danışdığını görüb.

Bundan əsəbiləşən Muxtar Mustafayev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evə qayıdıb, ov tüfəngini götürərək geri dönüb, Əlövsət Bayramovun yaşadığı evin həyətinə girib.

Tüfəngi atəş vəziyyətinə gətirib, həyətdə Əli Bayramovun atası Əlövsətin, arvadı Gülnarın və bu evə qonaq gəlmiş Maarif Cəfərovun həyatını da təhlükəyə ataraq, onların gözləri qarşısında Əli Bayramova atəş açıb.

Əli Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Muxtar Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Qadın alt paltarlarını götürdüyünü dedi"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, atası Əlövsət Bayramov bildirib ki, Muxtar Mustafayevi həmkəndlisi kimi tanıyıb, əvvəllər aralarında narazılıq olmayıb: "2017-ci ilin aprel-may aylarında Muxtar qaynanası Emilya, qayınatası Əli və qaynı arvadı Nuranə ilə birlikdə bizə gəldilər. Muxtar oğlumun onun qayınatasıgilin evindən qadın alt paltarları götürdüyünü dedi.

Həmin vaxtdan Əli işlə əlaqədar ailəsi ilə Beyləqan şəhərinə köçdü. Əli arabir kəndə gəlib, bizə baş çəkirdi, üç-dörd gün kənddə qaldıqdan sonra gedirdi".

"Gül kolunun üstünə yıxıldığını gördüm"

Əlövsət Bayramovun sözlərinə görə, arvadı Mehriban cərrahiyyə əməliyyatı olunduğu üçün oğlu Əli Bayramov 11 yanvar 2018-ci il tarixdə ailəsi ilə onlara gəlib: "Həmin gün qaynım Vahid, Vahidin arvadı Səxavət, kürəkəni Maarif, Maarifin arvadı Əfsanə və onların iki azyaşlı uşaqları da Mehribana baş çəkmək üçün bizə gəlmişdilər.

Saat 22-23 radələrində onlar evə getmək üçün həyətə düşdülər. Vahid maşınını işə saldı. Səxavət, Əfsanə və Əfsanənin iki azyaşlı uşağı maşına əyləşdilər. Mehriban, gəlinim Gülnar, onun azyaşlı uşağı, digər oğlum Ceyhun həyətdə bir yerdə, Maarif isə avtomaşının yanında həyətdə dayandıq. Əli əlində gödəkcə hamamdan çıxdı, gödəkcənin qolunu geyinə- geyinə maşına minmək üçün hamamın səkisinin qırağına doğru gəlməyə başladı. Bu vaxt atəş səsi gəldi. Əliyə doğru baxanda onun hamamın qırağındakı gül kolunun üstünə yıxıldığını gördüm".

"Ağır cəza verilməsini istəyirəm"

Mərhumun atası qeyd edib ki, bu vaxt atəşi Muxtarın açdığını görüb: "Muxtar iki atəş açan kimi qaçdı. Biz Əlinin yanına gedərək onu Vahidin avtomaşınına qoyduq və Beyləqan rayon Mərkəzi Xəstəxanasına apardıq. Tibbi yardım göstərilməsinə baxmayaraq oğlum az sonra xəstəxanada öldü.

Təqsirləndirilən Muxtar Mustafayevdən şikayətçiyəm, ona ağır cəza verilməsini istəyirəm".

"Arvadının alt paltarını oğurladığını bildirdi"

Şahid qismində ifadə verən mərhum Əli Bayramovun həyat yoldaşı Gülnar Bayramova deyib ki, 2014-ci ilin təxminən aprel ayının əvvəllərində həmkəndliləri Muxtar Mustafayev qohumları ilə onlara gəliblər: "Muxtar Əlinin onun arvadı Aygünün alt paltarını oğurladığını bildirdi, Əli isə bundan xəbərinin olmadığını söylədi. Muxtar bizimlə mübahisə edərək getdi.

Bundan sonra biz işlə əlaqədar Beyləqan şəhərinə köçüb Əlinin dayısı Vahidin həyətindəki evdə yaşadıq, arada kəndə gəlib-gedirdik".

Gülnar Bayramova daha sonra ifadəsində göstərib ki, Muxtar Mustafayev qohumu olan bir qadınla intim münasibəti olub: "Muxtar öz yaxın qohumu olan qadınla münasibətdə olmuşdu. Əli bundan xəbərdar idi. Muxtar Əlini bu səbəbdən öldürüb. Əlinin arvad paltarları oğurlaması yalandır".

17 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muxtar Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Muxtar Mustafayev apelyasiya şikayəti verib. Şikayətdə göstərib ki, Əli Bayramovu arvadının alt paltarını oğurladığı üçün öldürüb. O, xüsusi amansızlıq göstərmədiyini deyib.

Bu səbəbdən Muxtar Mustafayev barəsində olan hökmün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilməsini, aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. O, Muxtar Mustafayevə əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə də ittiham verilməsini, cəzasının ağırlaşdırılmasını tələb edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Tərəflərin şikayəti təmin olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1321   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

16:05 138
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 519
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 285
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

16:06 244
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 514
.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22.04.2024 1696
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 132
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 237
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

0