Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirilib? - Nazirlikdən cavab

Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirilib? - Nazirlikdən cavab
Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub və qiyməti 38 manatdır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən open.az-a verilən açıqlamaya görə, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqaisədə çox aşağıdır: “Ümumiyyətlə donuz qripi vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyaslı var ki, oda Azərbaycan da planlı şəkildə həyata keçirilməyib. Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilərlər”.

Qeyd edək, peyvəndin gətirilməsi ilə bağlı xəbəri sputnik.az saytı yayıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 373 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol