Lukaşenko göz yaşlarını saxlaya bilmədi (VİDEO)

Lukaşenko göz yaşlarını saxlaya bilmədi (VİDEO)
Belarus prezidentinin oğlu Nikolay Lukaşenkonun pianoda ifası atasını kövrəldib. Aleksandr Lukaşenko göz yaşlarına hakim ola bilməyib.

Belarus telekanalı ölkə liderinin kiçik oğlunun səhnədə çıxışından fraqmenti yayımlayıb. Yanvarın 9-da Belarusun müxtəlif xadimləri və kollektivlərinə "Mənəvi intibah” və "Belarus İdman Olimpi” mükafatlarının təqdimatı münasibətilə verilən böyük konsertdə 14 yaşlı Kolya səhnəyə çıxıb.

O, vətən mahnısı oxunan zaman pianoda müşayiət edib. Bu zaman kameralar Aleksandr Lukaşenkonu göstərib. Belarus lideri kövrələrək, göz yaşını saxlaya bilməyib.

mənbə: oxu.az


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 540 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol