Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirilibmi?

Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirilibmi?

Azərbaycana "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:

"Ümumiyyətlə, "donuz qripi" vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib".

"Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər", - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, bəzi saytlarda Azərbaycana "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 151 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol