İllərdir yaxınlarının qadağasına görə bunu edə bilməyən qadın 80 yaşında istəyinə çatdı - VİDEO

İllərdir yaxınlarının qadağasına görə bunu edə bilməyən qadın 80 yaşında istəyinə çatdı - VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub, qısa zamanda "trend" videolar sırasına daxil olub.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, videoda illərdir qadağaya görə saç rəngini dəyişə bilməyən qadının bunu ilk dəfə etdiyi üçün sevincək halda olması əks olunub.

Əvvəllər valideynlərinin, sonra da ərinin qadağasına görə saçlarını boyaya bilməyən qadın 80 yaşında saç rəngini dəyişib.

Braziliyada yaşayan qadının adı Alayde Menna Barretodur. O, ölməzdən əvvəl ən böyük istəyini gerçəkləşdirmək qərarına gəlib və saçlarını yaşıl rəngə boyayıb.

Onun nəvəsi bildirib ki, babası öldükdən sonra qadın saç rəngini dəyişmək fikrini qətiləşdirib. Qız bildirib ki, hazırda təqaüddə olan nənəsi əvvəllər müəllim işləyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 783 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol