Azərbaycanda ər xərçəng xəstəsi olan həyat yoldaşını qoyub qaçdı: Uşağını... FOTOLAR

Azərbaycanda ər xərçəng xəstəsi olan həyat yoldaşını qoyub qaçdı: Uşağını... FOTOLAR

Azərbaycanda ər xərçəng xəstəsi olan həyat yoldaşını uşağı ilə birgə qoyub qaçıb.

BiG.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verlişinə çıxan və xərçəng xəstəsi olan Gülnaz Quliyeva deyib.

O bildirib ki, 8 yaşında olarkən anasını itirib: “2014-ci ildə ailə qurdum. Düşündüm ki, o mənə arxa olacaq. Bir həftə keçmədi o, evə gec gəlməyə başladı. Elə olurdu ki, axşam gedib səhər gəlirdi. Hardan gəldiyini soruşanda başlayırdı məni döyüb, təhqir etməyə. Dözülməz olsa da heç kimə bir söz deyə bilmirdim. Çünki öz seçimim idi. Uşaq 2015-ci ilin may ayında dünyaya gəldi. Hamiləliyimin ilk 3 ayında üzümdə şiş yarandı. Heç nə edə bilmədim. Həkimə gedə bilmədim. O zaman 37 yaşım var idi. Uşağım 3 aylıq olarkən həkimə getdim və xərçəng olduğum təsdiqləndi. Onda dedilər ki, əməliyyat olunmalısan. Mən gözlədim ki, uşağım 7 ayına çatsın. 4 aydan sonra xərçəngdən əməliyyat olundum. Həyat yoldaşım uşağın 1 yaşı olanda bizi atıb getdi. Onda mən kimyaterapiya olunurdum. Mənə 8 kimyaterapiya təyin olunmuşdu. 3 ay ailəsinə baxmadı. Məcbur oldum, boşanmağa verdim. O, geri qayıtdı. Mən uşağa baxa bilmədiyim üçün bağışladım. 2018-ci ildə yenə çıxıb getdi. Uşağına maddi cəhətdən baxmır. Əlilliyimə görə 61 manat alıram. 21 gündən bir mənə qiyməti 750 manat olan iynə vurulmalıdır. O, bir az da olsa ömrümü uzadır. Mən uşağımı böyütmək istəyirəm. 3 ildir uşağımdan doya bilməmişəm. İstəmirəm mən öləndən sonra uşağım o atanın əlində qalsın. Çünki onu düzgün böyüdə bilməz. Ona görə onun atalıqdan məhrum edilməsini istəyirəm. Xahiş edirəm bu barədə mənə kömək edin. Qaynanam deyir mən neyləyim. Get boşan, alimentini al. Mən əməliyyat olan zaman o mənim atamın evinə başqa qadın gətirib əylənirmiş. Həyat yoldaşım iki dəfə narkotikə görə həbs edilib. Onun mənim oğlumdan başqa 14 yaşlı uşağı da var. Amma heç soyadını da verməyib”.

Aysel Yusifqızı
Azərbaycanda ər xərçəng xəstəsi olan həyat yoldaşını qoyub qaçdı: Uşağını... FOTOLAR
Azərbaycanda ər xərçəng xəstəsi olan həyat yoldaşını qoyub qaçdı: Uşağını... FOTOLAR
Azərbaycanda ər xərçəng xəstəsi olan həyat yoldaşını qoyub qaçdı: Uşağını... FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2034 Tarix: 10.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol