Ərinin borc kağızları Ebru Gündeşə göndərildi

Ərinin borc kağızları Ebru Gündeşə göndərildi

Amerikada olan Reza Zarrab İstanbulda yerləşən böyük binalardan birindəki iki ofisinin üzvlük haqqını ödəməyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 min lirəlik (təxminən 5600 manat) borc 2 ildə 30 min lirəyə (9300 manat) yüksəlib.

Pulun ödənmədiyini görən idarə heyəti məhkəməyə müraciət edib. Məhkəmə müsadirə kağızını iş adamının həyat yoldaşı Ebru Gündeşə yollayıb. Nyu-Yorkda həbs edilən iranlı iş adamının bu hərəkəti müğənniyə şok yaşadıb.

Şərti azadlığa buraxılan, Amerikanı tərk edə bilməyən Rzanın borcunu Ebrunun ödəyəcəyi gözlənilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1193 Tarix: 09.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol