Rusiyalı aparıcı: "Qəbələ Azərbaycanın İsveçrəsidir" - FOTOLAR

Rusiyalı aparıcı: "Qəbələ Azərbaycanın İsveçrəsidir" - FOTOLARTanınmış rusiyalı teleaparıcı, "Spletnik.ru" onlayn dərgisinin baş redaktoru Tatyana Arno Yeni il tətilini Qəbələdə keçirib. Arno bir neçə gün əvvəl sosial şəbəkədə "özünü yerli detoks-iztirabların sərəncamına verdiyini" yazmışdı. Görünür, bunu boşuna yazmayıb.

BiG.AZ "Moskva-Baku" nəşrinə istinadən məlumat verir ki, Azərbaycan kurortunda teleaparıcının orqanizminin zərərli maddələrdən təmizlənməsi öz müsbət nəticəsini verib: aktrisa dörd günə dörd kiloqram arıqlayıb.

"Qulağıma dəyən əhvalatlara görə, bəziləri hoteldən çıxan kimi aeroport yolunda taksi sürücüsündən onları hansısa restorana aparmağı xahiş edir və orada nəfslərinə hakim ola bilmir. Ancaq əminliklə deyə bilərəm ki, mən belə bir hərəkət edən deyiləm. Buna ehtiyac yoxdur. Qəbələnin həkimləri çox peşəkar və xeyirxahdırlar, ona görə də burada asan şəkildə, zövq ala-ala arıqlayırsan, bu, nə həbsxanaya, nə də qəfəsə bənzəyir", - T.Arno bildirib.

- Bu Qəbələyə ilk səfərinizdir?

- Bəli. Bakıda bir neçə dəfə olmuşam. Bakıya gələn kimi mütləq yaxşıca yeyib-içirdik. Bakıda mənim dostlarım yaşayır, üstəlik, "Jara" festivalına da gəlmişdim. Qəbələ haqqında mənə tanışlarım (yəni rus dostlarım) çox danışıb, oranı çox bəyəniblər və bütün tanışlarına ora getməyi tövsiyə ediblər. Ona görə Qəbələyə səfər etməyə çox asan qərar verdim. Moskvadan təyyarə ilə elə də uzaq deyil. Çox xoşdur ki, Qəbələdə rus dilində danışırlar. Nəhayət, buranın təmiz dağ havası və füsunkar təbiəti var.

- Qəbələni Azərbaycan İsveçrəsi adlandırırlar, bu fikirlə razılaşırsınız?

- Əlbəttə, tam olaraq razıyam. Üstəlik, bununla bağlı nüfuzlu bir şəxsin rəyinə də istinad edə bilərəm: qaldığım hotelin sahibi isveçrəlidir. Biz onunla elə bu məsələ barədə danışmışdıq. Dedi ki, Qəbələdə özünü evdəki kimi hiss edir!

Qəbələdə heyrətamiz ağ xiyarlar yetişir, burada duzlu qarpız və daşda qızardılmış fantastik kabab hazırlanır. Kabab, əlbəttə ki, dərhal mənim "menyumdan" silinir.

Mənə duzlu qidalar da olmaz. Təyin olunmuş pəhrizdə təzə meyvə-tərəvəz və onların qaynadılması yolu ilə hazırlanan yeməklər yer alırdı. Pəhrizə görə mənə ağ xiyar da tövsiyə olunmadı. Həm də, təəssüf edirəm ki, hoteldən başqa heç nə görə bilmədim. Bütün günlərim praktiki olaraq prosedurlara gedirdi. Mən məhz bu proseduralar üçün bura gəlmişdim. Ancaq Qəbələ həm də dağ-xizək kurortudur. Mən özüm də xizək sürürəm, ona görə də bunu gələcəyə özüm üçün qeydə aldım. Gələn dəfə, yəqin ki, başqa məqsədlə gələcəm.

Havaya gəlincə, Qəbələdə keçirdiyim bir neçə gün ərzində hava möhtəşəm idi. Çox günəşli idi, quşlar cəh-cəh vururdu, ona görə evə üzümdə təbəssüm və yüksək əhval-ruhiyyə ilə gedirəm.
Rusiyalı aparıcı: "Qəbələ Azərbaycanın İsveçrəsidir" - FOTOLARRusiyalı aparıcı: "Qəbələ Azərbaycanın İsveçrəsidir" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 715   Tarix: 09 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1455
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 5994
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 486
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 785
.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 662
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1124
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 659
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1468
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1425