"Yatmağın dərdindən ərə getmir" - Dilarə Əliyeva məşhurların iç üzünü açdı – VİDEO

"Yatmağın dərdindən ərə getmir" - Dilarə Əliyeva məşhurların iç üzünü açdı – VİDEOARB TV-nin "Pəncərə" verilişinin qonağı olan aparıcı Dilarə Əliyeva şou-biznes nümayəndələrinin bilinməyən tərəflərini açıqlayıb.

Aparıcının suallarına maraqlı cavablar verən Dilarə Əliyeva ad çəkməkdə də çəkinməyib.

"Şou-biznesin ən çox pul xəcləyəni kimdir?"

"Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdəm artıq orada olur. Əli cibində, hörməti üstündə olan adamdır. Onun şou-biznesdə təxəllüsü "Don Karleone"dir".

"Bəs, ən simici kimdir?"

"Pulunun qədrini, və qədərini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul xəcləmək olar, kimə olmaz".

"Ən çox danışan kimdir?"

"Şou əhli çalışır ki, Vasif Məhərrəmlinin yanında çox danışmasın. Ürəyində söz saxlaya bilmir".

Bəs, ən tənbəl, ən yatağanı kimdir?

"Məncə, Eyyub Yaqubov. Onun çox gözəl səsi var, amma öz üzərində çox işləməyi sevmir. Ən yatağan isə deyərdim ki, Telli Borçalıdır. Xəngəli yeyib yatır. Yatmağın dərdindən ərə də getmir".

"Ən dalaşqan kimdir?"

"Şou-biznesdə sakit, mülayim adam yoxdur. Hər kəsin özünə görə dili də var, dilçəyi də. Aralarında yazıq bala yoxdur".

"Uyduran, hadisələri şişirdən kimdir bəs?"

"Hadisələri şişirdən mən özüməm. Birinin üstünə beşini qoyub çatdıran, el-aləmi bir-birinə vuran, yandırıb yaxan – bu Dilarə Əliyevadır. Milçəkdən dəvə düzəltmək mənim yemimdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2850   Tarix: 09 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

14:43 602
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 5573
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

10:37 675
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1088
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1185
.

Azərbaycanlı aktrisa: "4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Bloger və aktrisa Aydan Hüseynova "Xəbərin var" verilişində maraqlı açıqlamalar verib. xəbər verir ki, o, "Tiktok" sosial şəbəkəsində qazandığı pullardan danışıb. Aktrisa 4 dəqiqəlik yarış zamanı 4 min dollara yaxın pul qazandığını etiraf edib. Bu qazancın normal olduğunu bildirə

14.04.2024 951
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 754
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 495
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 713