Qadın alverinə görə həbs edilən Təranə Səmədova ilə bağlı QƏRAR VERİLƏCƏK

Qadın alverinə görə həbs edilən Təranə Səmədova ilə bağlı QƏRAR VERİLƏCƏKBu gün Bakı Apellyasiya Məhkəməsində prodüser Təranə Səmədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.

BiG.AZ-ın məlumatına görə, iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən prodüserin ikinci məhkəməsi qapalı keçiriləcək. Məhkəmə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.

Apellyasiya Məhkəməsinin ilkin iclasında vəkilin T.Səmədova ilə bağlı vəsatəti təmin edilməyib.

Daha sonra hakimlər kollegiyası cinayət işinin qapalı və məhkəmənin qismən istintaqla aparılması haqqında qərar çıxarıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1259   Tarix: 08 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməliyyatdan sonra ilk açıqlama verən Türkanın sinəsinin görüntüsü DİQQƏT ÇƏKDİ - FOTO /VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Türkan Vəlizdə estetik əməliyyat üçün cərrah bıçağı altına yatıb. xəbər verir ki, sənətçi gözəllik əməliyyatından sonra ilk dəfə yaxından görüntülənib. O görüntüsünü paylaşıb. Sosial media istifadəçiləri müğənninin sinəsinin də böyüməsinə diqqət çəkiblər

14.04.2024 1463
.

Ad günündə Elçinin olmaması diqqət çəkdi - FOTOlar

Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ailəsi ilə olan fotolarını paylaşıb. BİG.AZ axşam.az-a istinadən bildirir ki, şəkildə S.Rüstəmxanlı, övladı Aydan və nəvələri yer alıblar. T.Rüstəmxanlı qızı Aydanın ad günü olduğunu vurğulayıb. O, övladın

14.04.2024 8521
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 638
.

"Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar"

"Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə

13.04.2024 373
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 897
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 927
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 440
.

Nadir HƏYAT YOLDAŞI VƏ GƏLİNİ İLƏ - FOTOLAR

Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlinləri Əntiqə ilə fotosunu izləyiciləri ilə bölüşüb. Onlar Ramazan süfrəsində bayramı bir yerdə qeyd ediblər. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiq

14.04.2024 1394
.

Aygün və Zülfiyyənin coşğu dolu konsertində YAŞANANLAR – VİDEO

Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın uzun zamandır gözlənilən ilk dəfə birgə konserti baş tutub. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, ötən gün paytaxtın dəbdəbəli məkanlarının birində iki sənətçi səhnə alıb. Musiqili gecə üçün Kazımova çəhrayı kostyum seçib. Xanbabayev

13.04.2024 5184