İlahiyyatçıdan sosial media ilə bağlı ŞOK AÇIQLAMA - Bir-biri ilə yazışan qadın və kişi axirətdə...

İlahiyyatçıdan sosial media ilə bağlı ŞOK AÇIQLAMA - Bir-biri ilə yazışan qadın və kişi axirətdə...
Türkiyəli ilahiyyatçı Nihad Hatipoğlunun dində sosial medianın yeri ilə bağlı açıqlaması gündəm olub.

İlahiyyatçı insanların sosial mediada etdiklərinin hesabını axirətdə verəcəklərini bildirib. İlahiyyatçı günahın sadəcə spirtli içki, qumar və zina olmadığını, həmçinin, sosial media vasitəsilə insanların bir-birini ələ almaq istəyinin də günah sayıldığını bildirib: “Axirətdə dodaq, dil, barmaqlar, hər hərf sorğulanacaq. Allah ağzımıza “sus” deyəcək, orqanlarımız danışacaq. Harama girməyin, yanlış xəbər paylaşmayın. Yalan xəbəri bəyənən hər insan axirətdə Allahın gözündən qaçmayacaq. Haqqında yanlış xəbər verilən məşhurlar, siyasətçilər, din adamları axirətdə haqq axtaracaqlar. Bir şeyi bəyənərkən 10 dəfə düşünün. Bir-birini bəyənən evli və ya subay qadın və kişilərin mesaj qutusundan özəl sözlər yazması çirkin hərəkətdir. Tək gecəlik münasibət qurmaq kimi təkliflər də haramdır. Cazibədar geyinən qadın və kişilərin bir-birinin fotosunu bəyənməsi doğru deyil. Bu, başqa duyğuların qabarmasına səbəb ola bilər”.(publika)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1000 Tarix: 06.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol