Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ

Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQHavalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?

Bununla bağlı məlumat verən terapevt Xumar Novruzova deyir ki, bəzən belə hallar havanın temperaturundan asılı olmur: "Terapevt qəbuluna gələn xəstələrin verdiyi suallardan biri məhz bu olur - həkim, əllərim niyə soyuq olur? Hava soyuq olduqda əllərin və ümumiyyətlə, bədənin açıq sahələrinin üşüməsi təbiidir. Amma məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bu, bəzi xəstəliklərin göstərici ola bilər".

Həkim həmin xəstəlikləri aşağıdakı kimi sıralayıb:

Reyno sindromu

Bu zaman barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır. Krizis anında barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıtdıqda isə əllər qızarır. Bu hal xeyli diskamfort yaratsa da, təhlükəli deyil.

Autoimmun xəstəliklər

Bu, daha ciddi xəstəliklər qrupudur: qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. Əsas xəstəlik vaxtında müalicə olunarsa, əl üşüməsi kimi əlamət də zəifləyər.

Hipotireoz

Qalxanvari vəzi orqanizmin termostatıdır desək, yanılmarıq. Bu orqanın funksiyası zəiflədikdə orqanizmdə bütövlükdə mübadilə pozğunluğu baş verdiyi üçün piylənmə, halsızlıq, qəbizlik və üşümə kimi əlamətlərə rast gəlinir.

Anemiya

Qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması da baş verir.

B12 vitamini defisiti

Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında mövcud olub, qanda hemoqlabinin miqdarına cavabdehdir. B12 vitamini çatışmazlığı vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bu vitaminə olan tələbatı ödəməklə problemləri həll etmiş oluruq.

Qan təzyiqinin aşağı olması

Bu zaman ətrafların qanla təchizatı zəifləyir. Belə ki, qan daxili orqanların işini təmin etmək üçün səfərbər olmuş olur. Bunun bir çox səbəbləri var: qanaxma, susuzlaşma, bəzi dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Əgər siz özünüzdə ətrafların soyumasından başqa həm də başgicəllənmə, ürəkbulanma, ümumi halsızlıq hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.

Stress və həyəcan

Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur.

Dərman preparatları

Bəzi dərmanların məsələn, beta-blokerlər, miqren əleyhinə vasitələrin və s. qəbulu damarları, xüsusən də, arteriyaları daraltmaqla əllərin soyumasına gətirib çıxarır.

Siqaret çəkmək

Nikotinin damardaraldıcı təsiri və ətrafların qanla təchizatını zəiflətməsi əllərin soyumasına gətirən səbəblərdən biridir.

Beləliklə, istənilən halda əllərin soyuq olması səbəbini öyrənib, onu aradan qaldırmaq üçün həkiminizlə məsləhətləşin.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3857   Tarix: 06 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 12719
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 674
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 974
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 952
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 557
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 651
.

Alimlər: Siqaret və qəhvə artritin inkişafı riskini artırır

Siqaret çəkmək və qəhvə müxtəlif növ artritlərin inkişaf riskini birbaşa artırır. "Report" xəbər verir ki, alimlərin bununla bağlı tədqiqatının nəticələri "Nutrients" jurnalında dərc olunub. Araşdırmaya əsasən osteoartrit (oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik-red

09.12.2023 1027
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1022
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1380