17 yaşlı futbolçu Premyer Liqada debüt etdi

17 yaşlı futbolçu Premyer Liqada debüt etdi

London "Arsenal"ının yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqasında debüt edən ilk 2001-ci il təvəllüdlü futbolçu olub.

BiG.AZ report-a istinadən bildirir ki, ötən il sentyabrın 5-də 17 yaşı tamam olan oyunçu "topçular"ın XXI turda "Fulhem"i 4:1 hesabı ilə məğlub etdiyi matçda forma geyinib. O, 83-cü dəqiqədə Aleks İvobinin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, Saka cari mövsümdə "Arsenal"ın U-23 komandasının heyətində 12 görüşdə iştirak edib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Arsenal" hazırda 41 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 435 Tarix: 02.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol