Rəşad Sadıqovdan həssas paylaşım – Foto

Rəşad Sadıqovdan həssas paylaşım – Foto
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə alqışalayiq addımla yadda qalıb.
Oxu.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib. Belə ki, Rəşad aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib:

“Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.

Rəşad Sadıqovdan həssas paylaşım – Foto

Qeyd edək ki, foto Avropa Liqasının qrup mərhələsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 580 Tarix: 31.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol