Əlamətlərdən 4-ü sizdə varsa... - DİQQƏT

Əlamətlərdən 4-ü sizdə varsa... - DİQQƏTPsixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin məqaləsini təqdim edirik.

Böyük ehtimalla sizin də ətrafınızda "kaş böyrəyim, qaraciyərim xəstə olardı, amma bu xəstəlik məndə olmazdı" deyən yaxınlarınız var. Yəqin, bir çoxunuzun beynində bunun hansı xəstəlik olduğu sualı yarandı. Bu, son vaxtların ən çox rast gəlinən xəstəliklərindən olan panik atakdır.

Panik atak nədir?

Panik atak şəxsin gözləmədiyi halda anidən ortaya çıxan, 15-20 dəqiqə müddətində getdikcə artaraq ən yüksək səviyyəyə çatan şiddətli qorxu tutmasıdır. Bu tutmanı keçirən şəxs həmin anda infarkt keçirərək öləcəyinə, dəli olacağına, bayılaraq yıxılacağına və ya özünə nəzarəti itirəcəyinə inanaraq, dəhşətli qorxu hissi keçirir. O, bu qorxunun təsiri altında sürətli şəkildə təcili yardım xidmətinə və ya ən yaxındakı həkimə müraciət edir.

Panik atakın əlamətləri hansılardır?

Aşağıda sadalanacaq 13 psixoloji və fizioloji əlamətdən ən az 4-nün olması panik atak diaqnozu qoymaq üçün yetərlidir.

1. Ürək döyüntülərinin sayının artması
2. Tərləmə
3. Titrəmə
4. Boğulma
5. Nəfəsin kəsilməsi
6. Sinədə ağrı
7. Ürəkbulanma və ya qarında ağrı
8. Gözlərin qaralması, başın fırlanması, huşun itməsi
9. Ətrafı hiss etməmək (sanki hər şeyi yuxuda görür)
10. Özünə nəzarəti itirmək
11. Ölüm qorxusunun yaranması
12. Bütün duyğuların ölməsi
13. Eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.)

Bu əlamətlərin müşahidə olunduğu şəxslərə panik atak diaqnozu qoymazdan əvvəl pasiyent ətraflı müayinə olunmalı, ürək, ağciyər, tiroid, beyin mənşəli problemlərin olub-olmamasını dəqiqləşdirmək lazımdır.

Qeyd etmək lazımdır ki, panik atak xəstəliyi zamanı laboratuar və instrumental müayinələr (qan analizləri, KT, MRT və sair) zamanı heç bir patologiya aşkar olunmur. Bir çox xəstə bu müayinələrin nəticəsinə inanmayaraq, başqa həkim və klinikalara müraciət edirlər.

İlk panik tutma adətən səbəbsiz baş verir. Bir neçə dəfə təkrarlandıqdan sonra şəxsdə "Birdən yenə olar?", "Görəsən, bir də nə vaxt olacaq?" tipli növbəti panik atakı gözləmə həyəcanı yaranır. Bu düşüncələr artdıqca xəstə "birdən yenə panik atak olar və mənə heç kim kömək etməz" fikri ilə iri ticarət mərkəzlərinə, metroya və digər qapalı yerlərə getməkdən çəkinir. Özünə məxsus güvənli məkanlar seçir və həmin məkandan kənara çıxmır. Bu, panik atakın aqrofobiyalı forması adlanır.

Müalicəsi

İlk öncə xəstədə paralel olaraq hansısa somatik xəstəliklərin olub-olmamasını müəyyən etmək üçün bəzi müayinələr aparılmalıdır. Əksər hallarda xəstələrdə heç bir problem ortaya çıxmır. Müalicənin məqsədi panik atakı tam aradan qaldırmaq yox, xəstənin panik ataka münasibətini dəyişmək, psixoloji problemləri aradan qaldırmaq və panik atak haqqında tam məlumat verməkdir. Bu səbəbdən xəstələrə dərman terapiyası ilə yanaşı psixoterapiyanın aparılması da zəruridir.

Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.
Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir. Panik tutma zamanı qəbul edilən dərmanlar bəzən xəstəyə təsir etməyə bilər.

Panik tutma zamanı nə etmək lazımdır?

Xəstələr mütləq əvvəlcədən bilməlidirlər ki, bu, adi bir panik tutmadır və bu tutmaya görə onlara heç vaxt heç nə olmayacaq. Həyəcanlanmadan, sakit şəkildə oturub tutmanın keçməsini gözləmək lazımdır. Bu zaman dərindən nəfəs almaq şikayətlərinizi artıra bilər. Bu səbəbdən də bu tip hərəkətlərdən çəkinin. Təcili yardım və ya həkim çağırmağınız, spirtli və kofeinli içkilər qəbul etməyiniz, siqaret çəkməyiniz məsləhət deyil.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2740   Tarix: 22 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 843
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 583
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1221
.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1086
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 637
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1290
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1088
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 838
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 933