Fahişəliyə görə həbs edilən prodüser Təranə Səmədovadan xəbər var

Fahişəliyə görə həbs edilən prodüser Təranə Səmədovadan xəbər var

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

T.Səmədovanın vəkili Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində, dekabrın 25-də baxılacaq.

Qeyd edək ki, T.Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Müsahibə Oxunub: 3798 Tarix: 21.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol