Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLAR

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARİlin sonuna kimi buradan mobil telefon alan abunəçilərə 2019-cu il boyu pulsuz danışıq və giqabaytlarla pulsuz internet

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı mərkəzində, Fəvvarələr meydanında tam yeni üslubda olan konsept mağazasını istifadəyə verib.

İnnovativ konsepsiya əsasında dizayn olunmuş bu mağaza özündə nömrə və cihaz satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirir.

"Bakcell özünün üstün xidmətləri və ən sürətli mobil şəbəkəsi ilə çox əlverişli qiymətə yüksək keyfiyyət təklif edir. Biz çalışırıq ki, "Bakcell"in innovativ məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu il biz ölkənin müxtəlif regionlarında yeni satış və müştəri xidmətləri mərkəzlərinin açılışını etdik. Bu gün isə Bakının mərkəzində tam yeni konsepsiyaya malik innovativ mağazanı abunəçilərimizə təqdim edirik. Növbəti illər ərzində bu cür mərkəzlərin sayını artıracağıq", deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanındakı yeni mağazanın açılışı ilə əlaqədar Bakcell şirkəti xüsusi kampaniya elan edib.
"2018-ci ilin dekabrın sonuna qədər bu mağazadan istənilən model mobil telefon alan hər bir müştəri gələn il pulsuz danışacaq və pulsuz internet əldə edəcək", deyə Nikolai Beckers əlavə edib.

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, ilin sonuna kimi əldə olunan hər bir mobil telefonla bərabər Bakcell abunəçilərinə bir illik pulsuz və limitsiz şəbəkədaxili zənglər və hər ay 4 GB internet hədiyyə veriləcək. Abunəçi həmin interneti istifadə etdikdən sonra isə, hər bir giqabaytın qiyməti cəmi 0.25 AZN edəcək. Mağazadan telefon aksesuarları alan müştəriləri də maraqlı hədiyyələr gözləyir.

Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLARBakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 965   Tarix: 19 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 777
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 0
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 473
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 412
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 11
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 484
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 234