"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHISon zamanlar bir çox deputatların mətbuatda və Milli Məclisdəki çıxışları etirazla qarşılanıb.

BiG.AZ 2018-ci ildə dilinin bəlasına düşən deputatları təqdim edir:

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI-Son günlər bəzi internet resurslarında, sosial şəbəkələrdə Milli Məclisin spikeri Oqtay Əsədovla birinci vitse – spiker Ziyafət Əsgərov arasında iclas zamanı parlamentin 100 illiyi ilə bağlı dialoq barədə video-audio material yayımlanıb. Həmin görüntülərdə Milli Məclisin birinci vitse – spiker Ziyafət Əsgərovun spiker Oqtay Əsədova "sən" deyə müraciət etdiyi iddia olunur.

Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib: "Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə "sən" deyə müraciət edim", - deyə sədrin birinci müavini vurğulayıb".

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI-Milli Məclisin iclasında deputat Tahir Kərimli qalmaqallı fikir səsləndirib.

Deputat dövlət himninin həcminin azaldılmasını təklif edib: "Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI-Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Aydın Hüseynovun ölkədəki işsizlik problemi ilə bağlı səsləndirdiyi fikirlər də cəmiyyət tərəfindən birmənalı qarşlanmamışdı. Deputat bildirmişdi ki, Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün xarici ölkələrdən işçilər dədvət edilməlidir:

"Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik. Çünki Azərbaycanda iş yerlərinin sayı getdikcə daha da çoxalır".

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI- Deputat Hadı Rəcəblinin Azərbaycanda sosial şəbəkələrin bağlanması ilə bağlı çağırışı mətbuatda geniş müzakirə mövzusuna çevrilmişdi.

Bundan əlavə deputatın yaşayış minimumu haqda çıxışı etirazla qarşılanıb.

Belə ki, noyabrın 27-də Milli Məclisin plenar iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri H. Rəcəbli çıxış edib. Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Bir sıra media orqanlarında dərc olunan yazılarda H. Rəcəblinin parlamentdə çıxışı zamanı "143 manata bir ay normal yaşamaq olar" ifadəsini dilə gətirdiyi qeyd edilib.
Deputat isə onun parlamentdəki çıxışının təhrif edildiyini bildirib.

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI-Deputat Siyavuş Novruzovun ermənilərlə bağlı çıxışı Milli Məclisdə qalmaqal yaratmışdı.

Belə ki, Siyavuş Novruzovun ermənilərlə sülh imzaladıqdan sonra Qarabağdan parlamentə seçilə biləcək deputatlar və onların öz dilində çıxışı ilə bağlı səsləndirdiyi fikir deputatlar arasında ciddi etiraza səbəb olub.

Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov çıxışı zamanı dil məsələsinə toxunaraq deyib ki, başqa millətin və etnosun nümayəndəsinin öz dilində danışmasını məqbul hesab edir.

Deputatın bu çıxışı həmkarlarının etirazına səbəb olub.

Deputatlar Elmira Axundova və Flora Qasımova həmkarlarının ermənilərin nə zamansa Azərbaycan parlamentinə gəlib və burada hətta öz dillərində danışması ilə bağlı fikirlərinə ciddi etiraz ediblər: "Elə bu qalmışdı. Bu ola bilməz".

S. Novruzovun bu çıxışına Milli Məclis sədri Oqtay Əsədov da sərt reaksiya verib. Sədr bildirib ki, Azərbaycan dili dövlət dilidir və hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, əgər Azərbaycan vətəndaşıdırsa, o Azərbaycan dilində danışmalıdır.

"Erməni olmur, kim olur-olsun. Yox bir, onlar üçün bir tərcüməçi də tutacağıq. Artıq əvvəlki dönəm deyil. Bir də Azərbaycanda yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirlər. Odur ki, hansı millətin təmsilçisi olmasından asılı olmayaraq, dövlət dilinə hörmətlə yanaşmalıdır"-O.Əsədov bildirib.

"Maaşımız səkkiz min manat olsun" - 2018-ci ildə dilinin bəlasına düşən deputatlar - SİYAHI- Deputat Qüdrət Həsənquliyevin deputatların maaşı ilə bağlı açıqlaması sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.

Belə ki, Milli Məclisin keçirilən plenar iclasında Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

Bununla bağlı layihənin müzakirəsi zamanı o bildirib ki, bu artım olduqca azdır.

Deputat qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: "Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1913   Tarix: 19 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

24.04.2024 182
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1615
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141