Məktəblər şagirdlərdən pul qazanacaq: Ödənişli xidmətlər qanuniləşdi

Məktəblər şagirdlərdən pul qazanacaq: Ödənişli xidmətlər qanuniləşdiMilli Məclisinin (MM) dünən keçirilən plenar iclasında yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.

BiG.AZ xəbər verir ki, qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Ümumi təhsil müəissələrində ödənişli təhsil xidmətləri ictimaiyyət tərəfindən birmənalı qaşılanmayıb. Bəzi insanlar dövlət məktəblərində ödənişli təhsil kimi anlayıb.

Təhsil eksperti Kamran Əsədov yeni qanun layihəsinin müzakirəyə səbəb olan ödənişli təhsil xidmətləri ilə bağlı bölümünü baku.ws-ə şərh edib:

"O qanun layihəsinin hazılanmasında mən iştirak etmişəm. Repetitorluğun qanuniləşdirilməsi 2009-cu ilin qanun layihəsində də var idi. Bu dəfəki qanun layihəsində isə məktəblərdə ingilis, fransız, rus dili müəllimləri tərcümə xidmətləri göstərə biləcəklər. Eləcə də, müəllimlərin uşaqları olimpiadalara hazırlaşdırması, müəyyən layihələrin həyata keçirilməsi və sairə, bünların hamısı ödənişli olacaq.

Onsuz da, bu gün məktəblərin özünün büdcəsi yoxdur. Lap olsun repetitor xidməti, bu gün hər müəllim məktəbdə bununla məşğul olur və hər ay direktora 50-100 manat verib öz aralarında razılaşırlar. Yəni bu pul indiyədək direktorun cibinə gedirdisə, bundan sonra həm məktəbin büdcəsinə gedəcək, həm də vergi ödəyəcək. Bundan sonra müəllim direktorla müqavilə bağlayıb otaq icarəyə otaq götürəcək və hər ay müəyyən məbləğ ödəyəcək

Yəni, indiyədək qeyri-şəffaf olan proses bu qanun layihəsinin qəbul olunması ilə şəffaf olacaq.

Digər məsələlər də var, ödənişli təhsil xidmətləri dedikdə, məktəbin nəzdində rəqs, rəsm, musiqi dərsləri, özfəaliyyət qrupları, şahmat, kompyüter dərsləri kimi ödənişli kurslar təşkil ediləcək. Onsuz da valideynlər öz uşaqlarını başqa yerlərdə belə bir ödənişli kurslara aparırdılar. Bu qanun əvvəl də vardır, sadəcə bu barədə geniş açıqlama verilməmişdir.

Ekspert yeni qanunun məktəblərə müsbət təsir göstərəcəyini deyir: "Bu çox yaxşı bir şeydir. Məktəblərin öz maliyyə büdcələri olmadığından maddi cəhətdən Təhsil Nazirliyindən asılı idilər. Məsələn, bir yarış və ya layihə həyata keçirmək üçün nazirliyə müraciət edirdilər, aylarla cavab gösləyirlər. Öz büdcələri olsa, bu layihələri asanlıqla həyata keçirəcəklər. Məktəblərə bu hüquqlar veriləcək. Təhsil pullu olmayacaq, əlavə dərslər ödənişli olacaq. Təhsil xidmətləri deyəndə, daha bir çox xidmətlər var. Məsələn, burada tərbiyəçi, dayə xidmətini də qeyd etmək lazımdır".

K.Əsədov sözügedən qanunun məktəb direktorları tərəfindən uğursuzluğa düçar olacağını da istisna etmir: "Qanun əladır, sadəcə bu qanunu həyata keçirəcək normal direktorlarımız yoxdur. Bu söz 4500 direktorun hamısına aiddir. Bunlar Allahın jurnalını yaza bilmir. Əldə olunacaq maliyyənin şəffalığı, dövriyyəsi üçün kadrlarımız yoxdur. Çünki onların mühasibatlıq və menecerlik qabiliyyətləri sıfıra bərabərdir. Bakıdakı məktəblərin bütün jurnallarında səhvlər vardır və hamısına xəbərdarlıq edildi.

Bu direktorlar bilirsiz bu qanunun başına nə oyunlar açacaqlar?! Müəllimə deyəcəklər ki, vergiyə 100 manat verməkdənsə, gətir mənə 50 manat ver, məsələ həll olunsun. Qanunlara düzgün riayyət etmək üçün beyinlər düzəlməlidir".

Təəssüflər olsun ki, Təhsil Nazirliyi yeni qəbul olunmuş qanun layihəsini şərh etməkdən yayındı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1180   Tarix: 19 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17.04.2024 1354
.

Avtomobil qəzasında ölən məşhurlar - FOTOLAR

Hər il avtomobil qəzasında kifayət qədər şəxs dünyasını dəyişir. BİG.az yol qəzası zamanı ölən məşhurların siyahısını təqdim edir:. Müğənni Aslan Hüseynov 2021-ci ildə "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkə

17.04.2024 898
.

İsrailin Qəzzanın şimalına hücumu nəticəsində 13 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının şimalındakı Şeyx Rıdvan bölgəsinə təşkil etdiyi hücumda 13 fələstinli həyatını itirib. xəbər verir ki, şahidlərin sözlərinə görə, Şeyx Rıdvan körpüsü yaxınlığında insanların internetə qoşulmaq üçün istifadə etdikləri nöqtəyə İsrail döyüş təyyarəsi tərəfindən raket hücum

17.04.2024 168
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 405
.

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg

17.04.2024 797
.

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:. "Adətən səfirlər dövlətlərarası munasibətlərd

17.04.2024 369
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17.04.2024 368
.

Həyat yoldaşı və qızı Kürdə batan qadın DANIŞDI - VİDEO

"Dörd gündür axtarış gedir, balam tapılmır". Bu sözləri Baku TV-yə açıqlamasında həyat yoldaşı və qızı Kürdə batan qadın deyib. O bildirib ki, hamı kömək edir, lakin övladı tapılmır. Qeyd edək ki, aprelin 12-də Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanl

17.04.2024 1035
.

Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO

Saloğlu mebel bu dəfə Bərdə sakinlərini sevindirdi. Növbəti diler mağazasını Bərdə və ətraf region alıcılarının xidmətinə verdi. Bərdə şəhərində açılan Saloğlu mebel mağazasında şirkətin bütün növ mebellərinə eyni qiymət və eyni şərtlərlə sahib ola bilərsiniz. Mebelləri endirimli qiymətlərlə istər nağd

17.04.2024 118