Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanır

Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanırBöyük Britaniya imkanlı əcnəbilərə krallıq ərazisində vətəndaş olmadan yaşamağa imkan verən populyar "Tier 1" investisiya vizası proqramını dayandırıb.

offshoreview.eu portalı bu qərarın korrupsionerlərin Londona yolunu bağladığını bildirir.

Belə ki, indiyə qədər Böyük Britaniya iqtisadiyyatına müvafiq olaraq 2, 5 və 10 milyon funt-sterlinq yatıran xarici ölkə vətəndaşları heç bir problem olmadan bu ölkə ərazisində iki, beş və ya 10 il yaşamaq hüququ əldə edirdi. (İşləmək hüququ olmadan!)

Bu statusu alan investor ilin ən azı 180 gününü Böyük Britaniyada olmalıydı. Müəyyən müddət sonra isə onlar vətəndaşlıq almaq üçün müraciət edə bilərdi.

Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanırLakin maliyyə şəffaflığı siyasətinə keçən Böyük Britaniya 2017-ci ildə kriminal aktivlər barədə qanun qəbul edib və artıq həmin qanun praktikada tətbiq edilib-Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya qarşı. Xəbər verildiyi kimi Milli Kriminal Agentliyin ekspertləri "Tier 1" vizası ilə Böyük Britaniya ərazisində yaşayan Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Əgər Hacıyeva bu aktivlərin qanuni yollarla əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməsə onlar müsadirə olunacaq.

Daha sonra Zamirə Hacıyevanın özü də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu üçün həbs edilib. Daha sonra ev dustaqlığına buraxılıb. Onun Azərbaycana ekstradisiyasına dair məhkəmə gələn ilin yayında başlayacaq.
Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanıroffshoreview.eu bildirir ki, əgər əvvəllər hakimiyyət investorları aktivlərinin mənşəyinə xüsusi əhəmiyyət vermirdisə indi onlar mütləq qaydada audit olunacaqlar. Və əvvəlcə Böyük Britaniya iqtisadiyyatına yatırım qoyub yaşayış hüququ, daha sonra vətəndaşlıq almaq istəyənlər yeni ildən sahib olduqları aktivlərin mənşəyinin açıqlanması praktikası ilə üzləşəcəklər.

Belə ki, Böyük Britaniyada yaşayış hüququ almaq istəyənlər əvvəlcə yatırdıqları pul vəsaiti üzərində azı son iki il ərzində nəzarətlərinin olduğu faktını sənədlə təsdiq etməlidir. Yəni sübut etməlidir ki, həmin milyonlar ona qəfildən "göydən düşməyib".

Habelə pulların dövlət istiqrazlarına yatırılmasına qadağa qoyulacaq. Çünki investorlar heç bir problemsiz bu istiqrazları sata bilirdilər və yatırdıqları pulları geri alırdılar, nəticədə bunun ölkə iqtisadiyyatına real faydası olmurdu. İndi vəsaitləri başqa formatlarda yatırmaq lazım gələcək.

Zamirə presedentinə görə korrupsionerlərin Londona yolu bağlanırBundan əlavə, 2015-ci ilə qədər verilmiş 700 "Tier 1" vizasına yenidən baxılacaq Bu vizaları alanlar əsasən Çin və Rusiya vətəndaşlarıdır.

Amma bütün bunlar o demək deyil ki, krallıq öz qapılarını xarici investorlar üçün bağlayır. "Intelligent Solution Group" konsaltinq şirkətinin ekspertləri deyirlər ki, əksinə, bu qaydalar təmiz yolla pul qazanan investorların öz pullarını Böyük Britaniya iqtisadiyyatına yatırmasına və vətəndaşlıq almasına kömək edəcək. Zərbə ancaq korrupsiya yolu ilə varlananlara dəyəcək.

mənbə: virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 18 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133