Şəhidlərimizin hədəfə götürülməsi xain bir layihədir – heyrətamiz iddialar

Şəhidlərimizin hədəfə götürülməsi xain bir layihədir – heyrətamiz iddialarŞəhidimiz Mübariz İbrahimova qarşı iyrənc iddialar Qərb və Avropadakı ermənipərəst mərkəzlərdə hazırlanmış plandır; dövlətimizi güclü görmək istəməyən qüvvələrin beynini yuduğu azərbaycanlı gənclərin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınmasına zərurət var…

Şəhidimiz, Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında bir gəncin xoşagəlməz ifadələr səsləndirməsi günlərdir sosial şəbəkələrdə, media orqanlarında müzakirə olunur. Cəmiyyətin bütün təbəqələrindən bu hədyanları səsləndirən, özünü psixoloq adlandıran Nərmin Şahmarzadə adlı birisinə (hansı ki, heç psixoloq da deyil, hələ bu sahə üzrə təhsil alır. Onunla qısa ünsiyyətdə olmuş əməkdaşımızın rəyi isə bu oldu ki, ondan heç zaman psixoloq yetişməyəcək, çünki aqressiv, danışıq tərzini bilməyən, özünü idarə edə bilməyən, adekvat olmayan adamdır) ciddi təpki var.

Öncə bu məqama diqqət yetirək; Azərbaycan cəmiyyəti bu məsələdə olduqca sərt mövqe ortaya qoydu. Nə qədər çağırışlar olsa da ki, elə bir bədəmələ reaksiya verib, onu "məşhurlaşdırmaq" gərəkli deyil, insanlar fikirlərini bildirdilər. "Hər bir pis işdə bir xeyir də var" prizmasından yanaşsaq, bir daha hər kəs gördü ki, Azərbaycanda Qarabağ, şəhidlərlə münasibət məsələsində vəhdət var, iqtidarlı-müxalifətli hər kəs bu məsələdə eyni fikri bölüşür.

Amma heç şübhəsiz ki, daha bir neçə kosmopolit gəncdən çatlaq səslər də gəldi. Çox maraqlıdır ki, onlar özlərini daha çox "demokratik düşərgə" təmsilçisi kimi qələmə veriblər, bəzən müxalif mövqeləri ilə seçiliblər. Əlbəttə, bu kimi məsələlər təsadüfi deyil və cəbhədə hansısa bir münaqişə baş vermədiyi, yaxud atəşkəs pozulmadığı bir vaxtda bir gəncin ortaya çıxıb, Azərbaycan cəmiyyətinin müqəddəs hesab etdiyi ŞƏHİDƏ dil uzatması, 2010-cu ildə qəhrəmanlıq salnaməsi yaradan Mübariz İbrahimova "cinayətkar" böhtanını atması qətiyyən təsadüfi və heç bir özünü idarə edə bilməyən uşağın öz ağlının məhsulu deyil.

"Şəhid adının toxunulmazlığını, müqəddəsliyini, milli ruhu sıradan çıxarmaq kimin marağındadır" sualına cavab axtaranda ortaya olduqca maraqlı faktlar çıxardıq. Bəlli oldu ki, Nərmin Şahmarzadə və ona sosial şəbəkələrdə qahmar çıxan gənclərin (maraqlıdır ki, onların əksəri qızlardır) hamısı, o cümlədən Nərmin Şahmarzadə anti-Azərbaycan, ermənipərəst mövqeyi ilə tanınan Çexiyanın PIN (People in Need) və ABŞ-ın NED – Milli Demokratiya Fondunun (National Endowment for Democracy) təlimlərində beyni yuyulmuş azərbaycanlılardır.

Öncə PİN və NED təşkilatları və onların anti-Azərbaycan fəaliyyəti haqda qısa məlumat verək.

PİN 1992-ci ildə Praqada Simon Panek və Yaromir Ştetinin yaratdıqları qurumdur. Bu şəxslər dəfələrlə müsahibələrində etiraf ediblər ki, təşkilat Ermənistana və Dağlıq Qarabağdakı separatçılara yardımların təşkili zamanı formalaşıb.

"People in Need"in qurucuları təşkilat təsis olunmamışdan 4 il əvvəl, yəni 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ qurbanlarına humanitar yardım göstərən qrupa da cəlb olunublarmış.

2011-ci ildə Simon Panek erməni saytına verdiyi müsahibəsində deyib ki, "biz yardımı təyyarə ilə İrəvana çatdırdıq. Oradansa "KamAZ"lara yükləyib şəxsən Dağlıq Qarabağa apardıq".

Burada bir haşiyə çıxaq: Həmin müsahibəsində Panek Azərbaycanın Milli Qəhrəmanı, Xocalı aeroportunun komendantı olmuş Əlif Hacıyevi təhqir edib! O, Əlif Hacıyev haqqında deyib: "O, əsl qatil idi. Mənə demişdi ki, axşamlar adam ovuna çıxıram. Onun belə bir hobbisi vardı. Ona görə də onun ölüm xəbəri məni təəccübləndirməmişdi, axır ki, ermənilər onu tapıb güllələmişdilər". Deməli, Azərbaycan şəhidinin aşağılanması projesinin əsası hələ 2011-ci ildə qoyulub və bu gün də davam edir. Səbəbini isə az sonra açıqlayacağıq…

PİN-in Azərbaycana qarşı yaddaşlarda qalan daha bir təxribatı 2014-cü ildə baş verdi. 2014-cü ildə Batumidə keçirilən regional konfransda bu təşkilat Dağlıq Qarabağın müstəqil dövlət kimi tədbirdə iştirakına cəhd etmişdi. Habelə həmin konfransda Azərbaycanı orada təmsil edən media kapitanları bunun qarşısını almışdılar…

PİN haqqında mediada yayılmış faktlardan, iddialardan biri də odur ki, bu təşkilatın rəhbər şəxsləri 2010-cu ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən Dağlıq Qarabağ ərazisində orqan alveri ilə məşğul olduqlarına görə yaxalanıblar və "verbovat" ediliblər. Ermənistanın dəstəkçisi olan Rusiya PİN-dən həm də zaman-zaman Azərbaycana qarşı istifadə etmək imkanına da malikdir…

Və ən önəmli məsələ. "People in Need"i yaradan iki kişidən biri deyir ki, Dağlıq Qarabağ müstəqil dövlət olmalıdır…

ABŞ-ın NED təşkilatı isə davamlı şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyib. NED əsasən gizli qrantlar ayırır. Təkcə 2017-ci ildə "Gəncliyin iştirakçılığı" proqramı üzrə Azərbaycana 43.530 dollar, "Gənclərin Mülki İştirakçılığı" proqramı üzrə 28.440 dollar, vətəndaşların siyasi proseslərdə iştirakının gücləndirilməsi layihəsi üzrə 165.000 dolar pul ayırıb. Bunları təşkilat öz saytında bəyan edib. Lakin həmin pullar Azərbaycana Gürcüstan üzərindən gizli yollarla, müxtəlif adlar altında keçirilib və məhz milli ruhumuzu əzən, kosmopolit gənclər yetişdirən layihələrə sərf olunub. Azərbaycanın müvafiq qeydiyyat qurumlarına bu haqda hesabat verilməyib, razılıq alınmayıb.

Bu yaxınlarda politoloq Elçin Mirzəbəyli isə maraqlı bir statistika açıqlayıb. O bildirib ki, Azərbaycana qarşı aparılan kampaniyaların başında dayanan NED-in 2011, 2012, 2014 və 2016-cı illərdə öz nüfuz müvəkkillərinə əsasən Gürcüstan üzərindən ötürdüyü vəsaitlərin məbləği 4 595 903 ABŞ dollarıdır. Elçin Mirzəbəylinin sözlərinə görə, Milli Demokratiya Fondu əsasən Azərbaycana qarşı təxribat kampaniyalarının iştirakçısı olan radikal düşərgənin və onların QHT sektorundakı vasitəçilərinin xarici banklarda olan hesablarına 2011-ci ildə 1 207 839, 2012-ci ildə 1 403 867, 2014-cü ildə 913 578, 2016-cı ildə 1 070 619 ABŞ dolları vəsait köçürüb.

Maraqlıdır ki, 2011, 2012 və 2014-cü illərdə bəzi istisnalar olmaq şərtilə NED-in qrant ayırdığı təşkilatların adı açıqlansa da, 2016-cı ildə qrant alan qurumların, yaxud şəxslərin adı gizli saxlanılıb. Doğrudur, NED-in daha öncəki illərdə maliyyələşdirdiyi qrant layihələrində də şəffaflıq prinsipinə əməl olunmayıb. Lakin 2016-cı ildə ayrılan qrantların kimlərə verildiyi barədə demək olar ki, məlumat yoxdur. Yalnız layihələrin adları və ayrılan vəsaitlərin məbləği açıqlanıb. Məsələn, "Mülkiyyət hüquqları", "İnsan haqlarının monitorinqi", "Regionlarda insan haqlarının monitorinqi", "İnformasiya azadlığı", "Siyasi institutların gücləndirilməsi", "Azərbaycanlı tərəfdaşların seçki və siyasi proseslərin şəffaflığını və hesabatlılığını təşviq etmək istiqamətində fəaliyyətlərinin dəstəklənməsi" və s.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, NED-in rəsmi internet səhifəsi olan ned.org saytında 2014-cü ildə Azərbaycanda QHT-lərə ayrılan qrantın məbləği qeyd olunub. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanla bağlı məlumatlarda qrant ayrılan təşkilatların və qrantların adı qeyd olunmayıb. Yalnız qrantların istiqamətini qeyd ediblər. Ermənistan, Gürcüstanla bağlı məlumatlarda isə təşkilatların adları da qeyd edilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edir ki, Azərbaycanda qeyri-şəffaf qrantlara məhdudiyyətlər qoyulandan sonra gizli yollarla ötürülən xarici qrantların məbləği bir neçə dəfə artıb! Deməli, anti-Azərbaycan laboratoriyaları projelərini daha da böyüdürlər və artıq ilkin nəticələr də ortadadır.

Bu məqamı da qeyd edək ki, həm PİN, həm də NED-in layihələrində əsas donorlardan biri də Açıq Cəmiyyət İnstitutu – Soros Fondudur.

İndi keçək əsas suala: Azərbaycanda milli ruhu zəiflətmək, şəhidlərə qarşı böhtanlar yağdırmağa hesablanmış projelərin səbəbi, məqsədi nədir? Araşdırmalarımızdan və beyni yuyulmuş gənclərin birbaşa özü ilə manevrli söhbətlərdən əldə etdiyimiz məlumatlardan aydın olur ki, 2010-cu ildə Mübariz İbrahimov şəhid olarkən, daha sonra 2016-cı ildə aprel döyüşləri baş verərkən Azərbaycan xalqının ortaya qoyduğu Qarabağ sevgisi, milli ruh, hamının cəbhəyə getmək arzusu Qərbdə və Avropada ermənipərəst qüvvələri məyus edib. Onlarda belə qənaət formalaşıb ki, Azərbaycan xalqı Qarabağla bağlı güzəştə gedən deyil və son nəfərədək hamı torpaq, vətən uğrunda şəhid olmağa hazırdır. Bundan sonra anti-Azərbaycan laboratoriyalarında Azərbaycanda milli ruhu zədələmək, şəhidliyin guya heç də qəhrəmanlıq olmaması kimi yaramaz fikirlər formalaşdırmaq, içimizdə çatlaq səslər verən bir kosmopolit qrup formalaşdırmaq projesinə start verilib. Faktiki olaraq aprel döyüşlərindən sonra bu istiqamətdə xeyli addımlar atılıb. NED və PİN-in xətti ilə Bakı və regionlarda xeyli gənci təlimlərə cəlb ediblər. 2019-cu ilin yanvar ayında isə Bərdə rayonunda belə bir növbəti təlim planlaşdırılıb.

Əlbəttə, bunlar xalqın ümumi ruhuna, şəhidinə münasibətinə təsir göstərə bilməz. Amma fərz edək ki, sabah müharibə başlayıb, biz şəhidlər veririk və bir dəstə azərbaycanlı gənc şəhidliyə, mübarizəyə qarşı iyrənc kampaniya aparır. Bu, çox ağır nəticələrə səbəb ola bilər.

Odur ki, müvafiq hüquq-mühafizə orqanlarının belə beyni yuyulmuş gənclərə ciddi yanaşması, onları nəzarətə götürməsi zərurəti var və heç şübhəsiz ki, bu addımlar atılacaq.

Sonda bir vacib detalı da xüsusi olaraq vurğulayaq: Müzakirələrdə bəziləri Azərbaycan dövlətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı diplomatik danışıqlarla, güzəştsiz Sülh Platformasının fəaliyyəti ilə "çatlaq səslər" arasında paralellər (?) aparmağa çalışırlar. Bu, çox uğursuz bir müqayisədir. Diplomatik mandat almış peşəkarlar sülh prosesini müzakirə etməlidir, çünki bu müharibə əbədi ola bilməz. Münaqişə ərazi bütövlüyümüz çərçivəsində və şəhidlərimizin müqəddəs ruhu qorunmaqla həll oluna bilər. Hansısa beyni yuyulmuş gənclərin isə müqəddəslərimizi, milli ruhumuzu, şəhidlərimizi aşağılaması tamamilə fərqli bəd əməldir, müqayisəsi belə yolverilməzdir.(musavat)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 18 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995