Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…

Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…Hazırda Milli Məclisdə təmsil olunan və hər biri onminlərlə seçicinin hüquqlarını qoruyan deputatların fəaliyyəti cəmiyyətdə daim maraqla qarşılanır.

BiG.AZ xəbər verir ki, azxeber.com hazırda Milli Məclisdə təmsil olunan bəzi deputatların ilk iş yerləri ilə bağlı bir araşdırma aparıb.

Milli Məclisin deputatı Əsabil Qasımov artıq ikinci çağırışdır 79 saylı İmişli seçki dairəsini parlamentdə təmsil edir. 63 yaşlı Ə.Qasımov uzun müddət biznes fəaliyyəti ilə məşğul olub.
Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…Ölkəmizin ən böyük şirkətlərdən olan - "Karat Holdinq"ə rəhbərlik edib. Bu şirkətlər qrupunun tərkibinə "Karmen" brendi altında un və makaron məmulatlarının istehsalı, tikinti şirkəti və digər müəssisələr daxil olub. Moskva Yeyinti Sənaye İnstitutunu bitirən Ə.Qasımov əmək fəaliyyətinə ət kombinatında başlayıb.

Milli Məclisin deputatı Azər Badamov da artıq ikinci çağırışdır 51 saylı Qusar seçki dairəsini parlamentdə təmsil edir. 50 yaşlı A.Badamovun son iş yeri Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsi olub.

Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…Deputat olana qədər yalnız Qusar rayonunda fəaliyyət göstərən millət vəkili Bakıya köçüşünü də məhz mandat alandan sonra reallaşdıra bilib. Azərbaycan Texnologiya İnstitutunu bitirən A.Badamov qısa müddət sahibkarlıq fəaliyyəti ilə də məşğul olub. Deputat əmək fəaliyyətinə "Azərittifaq"ın tikinti briqadasında fəhlə kimi başlayıb.

Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsini parlamentdə təmsil edir. 61 yaşlı A.Vəliyev cəmiyyətdə daha çox "tikinti maqnatı" kimi tanınır.

Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…1986-cı Dəmir Beton zavodunun, 1991-ci ildən Körpü tikinti kombinatının, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi işləyən deputat ölkəmizin ən böyük tikinti şirkətlərindən olan - "Azəraqrartikinti"yə rəhbərlik edir. A.Vəliyev əmək fəaliyyətinə Yevlax dəmir beton məmulatları zavodunda fəhlə kimi başlayıb.

Milli Məclisin deputatı Eldəniz Səlimov 55 saylı Xaçmaz şəhər seçki dairəsini parlamentdə təmsil edir. 42 yaşlı E.Səlimovun parlamentdə hər hansı aktivliyi müşahidə olunmur.

Ət kombinatı, tikintidə fəhlə, beton zavodu, kənd soveti – Deputatların keçmiş fəaliyyəti…Deputat mandatı qazanana qədər Xaçmaz Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələr tutan E.Səlimovu çoxları Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Babayevin kadrı kimi tanıyır. Onun deputat seçilməsində də bu amilin rolu olduğu iddia olunur. Deputat indiki adı icra nümayəndəsi olan – kənd sovetliyinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, hazırda parlamentdə 119 deputat təmsil olunur ki, onların arasında vaxtilə müxtəlif peşələrdə çalışan parlamentarilər var. Misal üçün Qənirə Paşayeva, Sahib Alıyev, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Elmira Axundova, Aqil Abbas jurnalist, Mahir Aslanov, Xanlar Fətiyev, Cavanşir Feyziyev biznesmen, Ziyad Səmədzadə, Kamran Nəbizadə, Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı iqtisadçı, Zahid Oruc, Elman Nəsirov, Fəzail Ağamalı, Sabir Hacıyev siyasətçi kimi çalışıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1583   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264