"Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə təxirə salmadan baxmalıdır"

"Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə təxirə salmadan baxmalıdır"Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir.

BiG.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bütün yeniliklər tərəfimizdən izlənilir, lazımi tədbirlər görülür, onların ailə üzvləri ilə mütəmadi əlaqələr saxlanılır: "Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir. Bu, böyük bir qanunsuzluq, haqsızlıqdır. Biz bütün beynəlxalq tədbirlərdə bu mövzunu qaldırırıq, qaldıracağıq da. Hesab edirik ki, öz torpağında, vətənində heç kəs haqsızlıqla qarşılaşmamalıdır. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdır, ikili standartlara yol verməməlidirlər. Yəni başqa bir ölkədə belə bir haqsızlıq baş verərsə, bütün beynəlxalq təşkilatlar bunu diqqət mərkəzində saxlayarlar".

Kollegiyanın sədri bildirib ki, gecə-gündüz qarayaxma ilə məşğul olanlar qətiyyən bu mövzunu gündəmə gətirmirlər: "Sual olunur: nə üçün? Nəyə görə Azərbaycan xalqını, dövlətini ən çox narahat edən problem bəzi insanların marağında deyil? Məsələ bəsit və sadədir... Həmin şəxslər xaricdən idarə olunurlar və onlara belə bir tapşırıq verilməyib. Təəssüf edirik ki, Azərbaycana qarşı qarayaxma ilə məşğul olan şəxslər qətiyyən bu mövzuya toxunmurlar".

A.Bağırov vurğulayıb ki, girovların dəyişdirilməsi ilə bağlı ermənilərin tutarlı cavabı yoxdur: "Onların məqsədi vaxt uzatmaqdır. Əminəm ki, onlar bütün məsələlərdə bu taktikadan istifadə edirlər. Amma bu, uzun sürə bilməz. Çünki hər şeyin gec-tez sonu olmalıdır. Avropa Məhkəməsi bəzi işlərdə olduğu kimi, bu işə də təxirə salmadan baxmalıdır. Onlar ikili standartlara yol verməməli, ədalət bərpa olunmalı, girovlarımız azadlığa buraxılmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1091   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133