Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - "Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb"

Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - "Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb"Ermənistan əhalisinin sürətlə azalması barədə mətbuatda, cəmiyyətdə və ən yuxarı tribunalarda səslənən fikirlər dekabrın 9-da keçirilən parlament seçkilərində bir daha təsdiq olundu.

Modern.az xəbər verir ki, bunu Ermənistanda etiraf edirlər... Əgər seçki siyahılarında 2,573,579 seçici qeydiyyata alınmışdısa, "məxməri inqilab" eyforiyası fonunda seçki fəallığı 48,1% (1,260,840 nəfər) oldu.

İstirahət günü geniş təbliğat-təşviqat kampaniyası fonunda seçici fəallığının bu qədər aşağı olması ilə bağlı seçkilərdə qələbə qazanmış Nikol Paşinyanın "Mənim addımım" bloku və hökumət üzvləri müxtəlif bəhanələr gətirməyə başladı. Amma bu arqumentlərin heç biri Ermənistanda seçici siyahısı ilə ölkədəki real əhalinin sayı arasındakı 500-800 min nəfərlik nəhəng boşluğu doldura bilməzdi.

Təkcə onu demək lazımdır ki, Rusiya Federal Miqrasiya Xidməti 2018-ci ilin 1 yanvarı üçün 562 min Ermənistan vətəndaşının miqrasiya uçotunda durduğunu açıqlamışdı. Rəsmi statistika Ermənistanda 2,967 min nəfər daimi əhalinin yaşadığını göstərsə də, bu şişirdilmiş rəqəmlər hələ Koçaryan və Sarkisyan rejimləri dövründə xüsusi sxem əsasında hazırlanıb. Məqsəd, ölkə əhalisini panikaya salmamaq, dünyaya ölkənin dayanıqlı inkişafını göstərmək üçün lazım idi.

BMT-nin proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2,4 milyon nəfərə qədər azalacaq. Maraqlıdır ki, Azərbaycan üçün analoji göstərici 2050-ci ildə 10,8 milyon nəfər təşkil edəcək. Hazırda bu nisbət Ermənistanda 3 milyon, Azərbaycanda isə 9,9 milyon nəfərdir.

Blokada və Azərbaycana qarşı işğalçılıq siyasəti Ermənistanın gələcəyini dumanlı perspektivə çevirən əsas faktorlardır. Belə ki, 2017-ci ildə ölkədə 37 min 699 körpə doğulub. Bu göstərici 2016-cı ildə 40 min 592 və 2015-ci ildə 41 312 nəfər olub. Göründüyü kimi, doğum göstəricisi ildən-ilə aşağı düşür, insanların yaxşı həyata, xoşbəxt gələcəyə inamı itdiyi üçün onlar ölkədən kütləvi şəkildə köçür, övlad-uşaq sahibi olmaq istəmirlər.

Ermənistanın məşhur sosioloqlarından biri Sambel Xudoyan da məsələ ilə bağlı həyəcan təbili çalır:

"Çoxları ölkədəki demoqrafik situasiya barədə KİV-dən məlumat alır. Onlar Ermənistandan kiminsə, işləmək üçün xaricə getdiyini görəndə panikaya düşürlər və zəncirvari reaksiya baş verir. Biri gedirsə, o biri də onun arxasınca gedir".

Xudoyanın fikrincə, ölkədən yalnız kişilər deyil, qadınlar da mühacirət edir:

"Çoxu ailəsi ilə gedir. Bəzi kəndlərdə kişilər həyat yoldaşlarını 6-7 ay tək qoyub gedirlər. Elə kəndlər də var ki, ancaq yaşlı adamlar qalıblar. Bu çoxlu problemlər yaradır. Kişi ailədə olmayanda özbaşınalıq yaranır. Məsələn, bu gün Yerevanda çoxlu intim xidmət yerləri açılıb. Kənddən gələn qızlar çox vaxt bu yola düşürlər. Halbuki, ataları, yaxud qardaşları qazanc arxasınca, xaricə gediblər".

İqtisadçı Vaaqn Xaçatryan isə ölkə iqtisadiyyatının ağır vəziyyətini və Qarabağ münaqişəsini əsas problem hesab edir.

"Son 10 ildə ölkədə vəziyyət çox ağırdır. Yerli sakinlər üçün daha bir aktual problem Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Yəni insanlar sülh müqaviləsinin nə vaxt bağlanacağını bilmirlər"-deyə ekspert deyib.

Eyni problem Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında da müşahidə olunur. Belə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 1989-cu ildə 189 min insan yaşayırdısa, hazırda bu göstərici 100 mindən aşağıdır. Rəsmi erməni mənbələri bu rəqəmi 150 minə qədər şişirtsələr də, reallıq işsizlik və mübahisə səbəbindən yerli ermənilərin Qarabağdan kütləvi olaraq Rusiyaya köç etdiyini göstərir. Bu, həm beynəlxalq təşkilatlar, həm də QHT-lər tərəfindən sənədləşdirilib. Bölgədə yalnız Ermənistandan göndərilən hərbi hissələrin şəxsi heyəti və azsaylı yerli sakinlər qalıb.

Ümumilikdə, Ermənistan və işğal altındakı Dağlıq Qarabağ regionunda ermənilərin əsl demoqrafik böhran yaşadığını və Qarabağ münaqişəsinin həlli mümkün olmadan bu tendensiyanın müsbətə doğru dəyişməsi şansının olmadığını demək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1309   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

16:05 138
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 519
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 285
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

16:06 244
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 514
.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22.04.2024 1696
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 132
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 237
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

0