Atası tərəfindən həbs olunması üçün polisə aparılan əməkdar artist - FOTO

Atası tərəfindən həbs olunması üçün polisə aparılan əməkdar artist - FOTOƏzizağa Əzizov: "İnsan yaşlandıqca kövrəlir və gəncliyinin qədrini yalnız o zaman anlayır"

BiG.AZ kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Sadə, istedadlı, təvazökardır... Həyatının ən müqəddəs, gözəl dövrünün uşaqlıq illəri olduğunu hesab edir. Çətinliklərdən qorxmur. "Bir qapı bağlanırsa, digəri mütləq açılır" prinsipi ilə hərəkət edir.

Müsahibimiz əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Əzizağa Əzizovdur.

"Bəzən həyat bizi başqa istiqamətə aparır"

Hacıqabulda 7 uşaqlı ailədə dünyaya gəlib. Anası evdar qadın, atası maşinistdir. Deyir ki, dənizçi olmaq istəsə də, ailəsinin təkidi ilə incəsənət sahəsinə gəlib: "Orta məktəbdə oxuyanda dənizçi olmaq istəyirdim, çünki dənizi çox sevirdim. Məqsədim Odessa Hərbi Dənizçilik Məktəbində təhsil almaq idi. Tale, qismət... Bəzən həyat bizi başqa istiqamətə aparır. Mənimlə də elə oldu. 1978-ci ildə orta məktəbi bitirib, böyük bacım və böyük qardaşımın təkidi ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyoru fakültəsinə daxil oldum. Həmişə deyirəm ki, bu sənətə gəlməyimə peşmanam. Neçə dəfə bu sənətdən uzaqlaşmaq istədim, amma gec idi... Övladlarıma əvvəldən demişdim ki, hansı sənəti seçirsinizsə seçin, amma incəsənəti seçməyin. 45 yaşıma kimi evim olmayıb. Uzun illər yataqxanada qalmışam, çox çətinlik görmüşəm. Ona görə istəmirəm ki, mənim çəkdiyim əziyyətləri övladlarım çəksin".

"Dənizçi olmaq istəyirəm"

Ailəsinin təkidi ilə həyatı dəyişəm həmsöhbətimiz deyir ki, sənətlə bağlı heç vaxt öz övladlarına təzyiq göstərməyib: "Bir qızım, bir oğlum var. Uşaq vaxtı mənə təzyiq olunduğu üçün uşaqlarımın sənət seçiminə mane olmadım. Qızım uşaqlıqdan həkim olmaq istəyirdi. Düzdür, aktrisalığa da həvəs göstərirdi. Amma bu, hobbi idi. Biz də dəstək olduq və arzusuna çatdı. Oğlum isə pilot olmaq istəyirdi. 59 yaşım var hələ də bacımı qardaşımı günahkar tuturam ki, dənizçi olmamışam. Seçdikləri sənətin arxasında dayanmışam. Düzdür, uğurlarım çox olub, amma hələ də dənizçi olmaq istəyirəm".

"Atam məni həbs etdirirdi"

Uşaqlıq illərindən danışan həmsöhbətimiz deyir ki, təkliyi sakitliyi çox sevir: "Dərsdən gələn kimi çörək yeyib, qoyunları otarardım. Elə dərslərimi də orada oxuyurdum. Əlaçı idim. Nadinc uşaq deyildim. Amma çox pis alışqanlığım var idi, 7-ci sinifdən siqaret çəkirdim. Buna görə atam tərəfindən dəfələrlə döyülmüşəm. Hələ də o ağrı yadımdan çıxmır".

Danışarkən kövrəlir. Bu an atasının onu həbs etdirməsi yadına düşür və gülərək həmin hekayəni danışır: "Atam çox ciddi idi. Yadımdadır bir dəfə 10-cu sinifdə oxuyanda qohum uşaqları ilə razılaşdıq ki, gedək kinoya baxaq. Atamdan icazə aldım və getdik. Biz dəmir yolunun yaxınlığında olurduq. Vaqonlarda yüklər gətirildiyi üçün orada tez-tez oğurluqlar olardı. Bir dəfə keçəndə gördük ki, taxtalar var. Uşaqlar dedi ki, gəlin bu taxtadan oğurlayaq, sataq. O vaxt 30 qəpiyə satıb, sabahkı kinonun pulunu düzəltmək istədik. Mən taxtanı götürüb, qan-tər içində çiynimdə gətirirdim. Gördüm ki, atamgil həyətdə oturub, samovar çayı içirlər. Atam məni görüb ayağa qalxdı. Dedi ki, ay bala, bu nədir? Dedim ata, taxtadır gətirdim ki, həyətdə işlədərik. Atam həyətdə oturmuşdu. Dedi ki, bir dəqiqə dayan, mən sənə yer göstərəcəm, taxtanı aparaq. Mənə dedi ki, arxamca gəl və məni dəmiryol polisinə gətirdi. Hamı atamı tanıyırdı. Nizam-intizamı, qanunları sevən insan idi. Polislərə dedi ki, sizə oğru gətirmişəm. Taxta oğurladığı üçün bunu həbs edin. Mənə göstəriş verdilər ki, at taxtanı yerə, get, bir də belə etmə. Atam əsəbiləşdi ki, əgər siz qanunsuzluq edib oğluma 15 gün həbs verməsəniz, sizdən şikayət edəcəm. Məni orda qoyub getdi. Məni otağa saldılar. Sonra polis mənə başa saldı ki, gecəni qohumlarıngildə qal, atan sakitləşsin. Bir də belə etmə. Ata olduğum üçün atamı indi çox yaxşı başa düşürəm. Əgər o məni cəzalandırmasa idi, indi həbsxanalarda çürüyüb getmişdim, həyatım məhv olmuşdu".

Universitet illərində Bakıda kirayə qalıb. Deyir kasıb ailə olsalar da, ailəsi yataqxanada yaşamasına icazə verməyib: "Yemək bişirmək əlimdən gəlmir. Amma yaxşı paltar ütüləyə bilirəm. Sosiska, kolbasa ilə idarə edirdim. Dərsdən çıxanda yeməkxanada yeyirdik. Ürəyim yemək istəyəndə isə ərzaq alırdıq, ev yiyəsi bişirirdi".

Qoçu əsgər səngərdə...

Dövlət Musiqili Teatrının səhnəsində müxtəlif illərdə və fərqli quruluşlarda səhnəyə qoyulan "O olmasın, bu olsun" komediyasında Qoçu Əsgər obrazının dəyişilməz ifaçısı təkcə səhnədə deyil, həyatda da əlinə silah alıb, Qarabağ uğrunda döyüşlərdə könüllü kimi iştirak edib. Lakin bu barədə çox danışmaq istəmir: "Həmin il ermənilər Xocalı soyqırımını törədəndən sonra, könüllü şəkildə orduya getdim. Mən bu barədə danışanda kövrəlirəm. Sənət müəllimim, böyük sənətkarımız Yaşar Nuri həmişə deyirdi ki, nəticəsi olmayan iş barədə çox danışmağa dəyməz. Əgər uğrunda vuruşduğum torpaqlar hələ də işğal altındadırsa, o rayonlarda doğulan insanlar doğma ev-eşiklərinə qayıda bilmirlərsə, mən nə danışım, özümü necə qəhrəman kimi təqdim edim? Ali Baş Komandanımızın əmri ilə igid əsgər və zabitlərimiz inşallah Qarabağı azad edər, ondan sonra rahat deyərəm ki, bir vaxtlar mən də döyüşdə nəsə etmişəm. Mən necə deyim ki, döyüşmüşəm. Axı torpaqlarımızın 20 faizi işğal altındadır... Bu, hamımızın vətəndaşlıq borcudur. Yəni belə məsələləri qəhrəmanlıq kimi təqdim etməyin əleyhinəyəm. Əvvəl vəziyyət çətin idi. İndi ordumuz, texnikamız çox güclüdür. Gənclərimizdə ruh yüksəkliyinin olmağı, vətənpərvərliyin təbliğatı vacibdir. Şükür ki, dövlətimiz bununla bağlı yetərli təbliğat işləri görür".

"Şəkillərimi yandırdım"

Müsahibimiz döyüşə gedərkən şəkillərini yandırıb: "Mən könüllü müharibəyə gedəndə anam razı deyildi. Mənə dedi ki, bilirəm ki, qayıtmayacaqsan. Onu sözü mənə təsir etdi və o vaxt bütün şəkillərimi yandırdım. Düşündüm ki, əgər ölsəm, anam şəkillərə baxıb pis olmasın. Bilirdim ki, mənə nəsə olsa, şəkillərə baxıb gecə-gündüz ağlayacaq. Ona görə bütün şəkillərimi məhv etmişəm. Sonradan bir-iki şəkillərim qrup yoldaşlarımda qalmışdı və mənə göndərdilər".

"Yaşlı nəsil gəncləri incidir"

Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, insan yaşlandıqca kövrəlir və gəncliyinin qədrini yalnız o zaman anlayır. Buna görə, gənclər hər anı yaşamalı və zamanın qədrini bilməlidirlər: "Gənclik insanın ən gözəl dövrüdür. Gənclər bunun qədrini bilib yaşasınlar. Gəncliklərindən istifadə etsinlər. Dəyərli işlər görsünlər və qarşılarına məqsəd qoysunlar. Bir-birilərini, valideynlərini və ən əsası, vətəni sevsinlər. Mən Azərbaycan gəncliyini çox sevirəm. Onlardan narazılığım da yoxdur. Yaşlı nəsil gəncləri çox incidir. Cavan uşaq yol vermirsə, onu qınamaq düzgün deyil. Bəlkə sənin də uşağın kiməsə yer vermir? Dövr dəyişdiyi üçün gəncləri qınamaq olmaz.

Atası tərəfindən həbs olunması üçün polisə aparılan əməkdar artist - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 240
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 279
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 128
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1496
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 322
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 67
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 493
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 548
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 775