Qəzaya düşən maşında sıxılıb qalan sürücünü yol polisləri xilas etdilər

Qəzaya düşən maşında sıxılıb qalan sürücünü yol polisləri xilas etdilər
Dünən Zərdab rayonunda aqır yol qəzası baş verib. Rayon sakini Ayaz Yolçuyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarindakı dirəyə dəyib. Zərbənin gücündən avtomobilin ön tərəfi xeyli əzilib.

BiG.AZ bildirir ki, şahidlərin avtosfer.az-a verdiyi məlumata görə, hadisə yerinə 99 YP 620 dövlər nömrə nişanlı patrul avtomobilində xidmət aparan Zərdab rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları - baş leytenant Allahverdi Allahverdiyev və baş serjant Yusif İmranlı gəlib. Onlar avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü maşından çıxararaq DYP maşını ilə xəstəxanaya çatdırıblar.

Baş inspektor Allahverdi Allahverdiyev avtosfer.az-a bildirdi ki, onlar hadisə yerinə təsadüfən gəliblər: "Biz xidməti ərazidə hərəkət edərkən gördük ki, avtomobil qəzaya uğrayıb. Ora yaxınlaşanda sürücünün huşsuz vəziyyətdə olduğunu aşkar etdik. Onu maşından çıxarmaq istəsək də, qapılar kilidləndiyi üçün çətinlik yarandı. Dərhal Fövqəladə Hallar Nazirliyinə və təcili yardıma zəng etdik. Onlara gələnə kimi həmkarım Yusiflə birlikdə arxa qapını aça bildik. Arxa oturacağı çıxarandan sonra sürücünü maşından kənarlaşdıra bildik. Vəziyyəti ağır idi. Onu patrul maşını ilə xəstəxanaya çatdırdıq. İlkin tibbi yardım göstəriləndən sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərildi. Bu gün xəstəxanadan öyrəndik ki, hazırda onun vəziyyəti yaxşıdır".

Qeyd edək ki, yol polislərinin sürücünün həyatını xilas etməsi barədə xəbər Zərdaba aid feysbook səhifəsində də yayılıb və DYP əməkdaşlarının bu davranışı alqışlanıb, onların ünvanına xoş sözlər yazılıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1167 Tarix: 15.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər