"Müharibənin öz psixologiyası var və... - Akademik Milli Qəhrəmanın müdafiəsinə qalxdı

"Müharibənin öz psixologiyası var və... - Akademik Milli Qəhrəmanın müdafiəsinə qalxdı"Mübariz İbrahimov daxil olmaqla, bizim böyük qəhrəmanlıq göstərən gənclərə hücum nə psixoloji, nə sosioloji, nə də fəlsəfi mövqedən doğru deyil. Elə mühüm məsələlər var ki, insanın xarakterini, təbiətini, gördüyü işin mahiyyətini və əhəmiyyətini böyük məsələlər müəyyən edir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında akademik Nizami Cəfərov özünü "psixoloq" kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.

Professor əlavə edib ki, döyüşdə müharibə əhval ruhiyyəsi əsasdır. Onun sözlərinə görə, müharibədə baş verən hadisələrin öz məzmunu olur:

"Mübariz İbrahimov böyük qəhrəmanlıq edib. Müharibə ölüm-itim, mübarizə, düşmənə qarşı reaksiya, dirəniş deməkdir. Mübariz İbrahimov kimi gənclər qeyrətlə dediyim hisləri yaşayır, ölümə gedirlər. Bunu ancaq alqışlaya bilərik. Ölümünü gözü önünə alaraq düşmənə qarşı duran Azərbaycan balalarını, qəhrəmanlarını aşağılamaq heç bir halda qəbul edilən deyil".

"Müharibənin öz psixologiyası var və... - Akademik Milli Qəhrəmanın müdafiəsinə qalxdıNizami Cəfərov hesab edir ki, Mübariz İbrahimov kimi qəhrəmanların ölümünü göz önünə alaraq düşmən üzərinə getməsini, əslində psixologiya elmi araşdırmalıdır: "Araşdırsın görsün ki, bunun səbəbi nədir? Mən səbəbini deyim! Düşmən torpaqlarımızı işğal edib və geri çəkilmək istəmir. Biz, əlbəttə problemin sülh yolu ilə həllinə çalışırıq, itkilərin olmasını istəmirik. Bu, bizim dövlət siyasətimizə çevrilib. Lakin düşmən azğınlıq edəcəksə, biz Xocalı və digər faciələri yaşayaraq ruhumuzda suxurlaşdırmışıqsa, bu kimi hallarda təzahür etməlidir. Bu mənada Mübariz İbrahimovla bağlı deyilən neqativ fikirlər çox əhəmiyyətsizdir".

Nizami Cəfərov xatırladıb ki, II Dünya Müharibəsində şücaət göstərən və böyük şöhrətə malik olan akademik Ziya Bünyadovun müharibə haqqında necə danışdığını heç vaxt unutmur:

"Ziya müəllim, müdrik, dərin və intellektual şəxsiyyət idi. O bilirdi ki, müharibə nədir və orada necə hərəkət etmək lazımdır. Yəni vətəni, torpağı, mənliyini qorumalısan. Bu elə hadisədir ki, burada vətəni uğrunda döyüşən əsgərin hərəkətləri təbii, insani və doğru hadisədir. O zaman belə hərəkətlərə mənfi qiymət verilərdi ki, əsgər qorxaq hərəkət etsin. Müharibənin öz psixologiyası var və bu psixologiyadan kənarda müharibə əsgərinin hərəkətlərinə qiymət vermək doğru deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

20:40 0
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

20:50 0
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 532
.

"İlham Əliyev siyasəti qeyri mümkünü mümkünə çevirir"-DEPUTAT

"Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini vaxtından əvvəl tərk etdi. Artıq Azərbaycan öz suveren ərazisinə tamamilə özü nəzarət edəcək. Bu böyük tarixi hadisə və növbəti diplomatik qələbəmizdir. Bu diplomatik qələbəmiz həm də sapı özümüzdən olan baltalara verilmiş ən böyük cavab və layiql

10:19 38
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

17:43 235
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

21:04 0
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

21:03 0
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

21:07 0
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

18:15 142