"Nadanlar və cahillər..." – Millət vəkilindən SƏRT AÇIQLAMA
"Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda həmişə qalacaq. Təbii ki, düşmən tərəfi də var və Mübariz İbrahimovun qəhrəmanlığını gözdən salmağa çalışırlar. Məsələyə bu konteksdə baxmaq lazımdır".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa özünü "psixoloq" kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Mübariz İbrahimovu sevməyən və onun barəsində bu cür fikirlər səsləndirən adamlar ola bilər, amma Azərbaycanı sevən, onun maraqlarını düşünən insanlar Milli Qəhrəmanımıza yüksək qiymət verirlər.
"Mübariz İbrahimov bir sindromun qırılmasında mühüm rol oynayıb. Bəzən nadanlar və cahillərin bir qismi bildirirlər ki, o, hansısa bir məktəbin, məzhəbin təmsilçisi olduğu üçün bunu edib. Bunlar onun qəhrəmanlğını gözdən salmaq üçün atılan addımlardır. Mübariz İbrahimov birbaşa Azərbaycanın dəyərlərini yaşadan, onun düşmənindən qisasını alan bir qəhrəmandır. O, hansısa bir məktəbin deyil, bütövlükdə Azərbaycanın yetirməsidir. Mübariz İbrahimov bütövlükdə islam dünyasının qəhrəman oğludur", - millət vəkili bildirib.
Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil" adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.
"Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır", - deyə o qeyd edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1153 Tarix: 15 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSabah 28 dərəcə isti olacaq
Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı
12:48 255 Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec
10:15 733 "Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli
Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır
16:14 150 "Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar" - Sosioloq
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi 2024-cü ilin yanvar-fevral aylarında evlənib-boşananlarla bağlı statistika açıqlayıb. Statistikaya görə, 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Mövzu ilə bağlı -a sosioloq Lalə Mehralı açıqlama verib. O bildirib ki, statistikanı görən oğlanlar ailə qurmaqda
15:03 311 Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək
Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanı
10:56 234 "Qabırğaları qırılıb" - Həyat yoldaşından açıqlama
Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:. "Səhhəti belə də. Qabırğaları qırılıb". Qeyd edək ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai"
12:05 1613 Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah
17:10 134 Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib
Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad
21:00 0 Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ
"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"
15:44 301