Baş həkimdən təcili yardım maşınlarının gecikməsi iddiasına cavab

Baş həkimdən təcili yardım maşınlarının gecikməsi iddiasına cavab
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov sosial şəbəkədə Təcili Tibbi Yardım şöbəsinin fəaliyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BiG.AZ bildirir ki, E.Kərimov report-a sosial şəbəkələrdə yayılan məlumatların obyektivlikdən uzaq, əsassız iddia olduğunu deyib: "Xəstəxanamızın Təcili Tibbi Yardım şöbəsində 15 ədəd təcili tibbi yardım maşını var ki, onların hər biri ən müasir təchizatla təmin olunub və normal şəkildə istismar olunur. İcbari Tibbi Sığortanın tətbiqindən öncə təcili yardım xidmətinə sutka ərzində təqribən 50 çağırış daxil olurdusa, indi çağırışların sayı 120-yə çatıb.

Biz bütün bu məsələləri araşdırmışıq və tam məsuliyyətlə deyirəm ki, qeyd olunan çağırışların çoxu xidmətimizin xarakterinə uyğun deyil. Yəni səbəbli-səbəbsiz hər kəs təcili yardımı arayır. Bəzən vətəndaşlar sadə baş ağrısı, yorğunluq və digər oxşar problemlərlə bağlı çağırış edib o qədər vaxt alırlar ki, həqiqətən də, yardıma ehtiyacı olanın köməyinə vaxtında yetişmək mümkün olmur. Bu isə ciddi xəstələrin haqlı narahatılığına səbəb olur. Bəziləri belə hallardan istifadə edərək işin mahiyyətini bilmədən sosial şəbəkələrdə yazır və cəmiyyətdə ajiotaj yaratmağa çalışırlar".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 579 Tarix: 15.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol