Paşinyan Sarkisyanı niyə həbs etmir? - SƏBƏBLƏR

Paşinyan Sarkisyanı niyə həbs etmir? - SƏBƏBLƏR"Mənim üçün bu məsələdə o qədər də şübhə yeri yoxdur. Ermənistanın sabiq Prezidenti Serj Sarkisyanın hazırda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın komandasına, ətrafındakı insanlara təsir etmək imkanı var".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu N. Paşinyanın Ermənistanda apardığı həbs dalğasının S. Sarkisyanın özünə toxunmaması ilə bağlı yaranan şübhələrə münasibət bildirərkən deyib.

"Sarkisyan nə çalıbsa, onlar da onu oynayıblar"

M.Əhmədoğlu fikirlərini onunla əsaslandırıb ki, N. Paşinyan ətrafına elə adamları yığıb ki, o adamların hamısı Soros fondu və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib qrant alanlardır: "Onlar Avropada belə demək mümkündürsə, alt qatda Sarkisyanın əməkdaşları olublar. Paşinyanın ətrafındakı adamlar Sarkisyan üçün Avropada "sübut ediblər" ki, Ermənistan demokratikdir, Azərbaycan isə anti-demokratikdir. Belə deyək, Sarkisyan nə çalıbsa, onlar da onu oynayıblar. OnlarSarkisyanın muzdlu, pullu əməkdaşları olublar".

"Sarkisyan Paşinyanı həbs elədi"

Politoloq mövzu ilə bağlı əyani misal verərək bildirib: "Məxməri inqilab" dövründə Sarkisyan Paşinyanı həbs elədi. Onlar Paşinyanla eyni blokda ("Çıxış") olan Edmon Marukyanla birlikdə AŞ PA-da bununla bağlı məsələ qaldırdılar. Lakin Marukyan Paşinyanın hüquqlarını müdafiə etmədi. O, AŞ PA-da Sarkisyana lazım olan qədər danışdı".

Paşinyan qorxusundan Sarkisyanı həbs etdirmir

Onun sözlərinə görə, bunların hamısı Sarkisyanın gizli, qeyri-rəsmi əməkdaşları olublar: "Onlar da qorxurlar ki, Sarkisyana qarşı hansısa addım atılsa, Sarkisyan açacaq sandığı, tökəcək pambığı – kim nə qədər pul alıb, kim harada nə iş görüb. Buna görə də Paşinyan qorxusundan Sarkisyanı həbs etdirmir. Onun özünün də vaxtilə Sarkisyanla əlaqəsi olub, ondan pul alıb müəyyən işləri görüb".

Paşinyanı hakimiyyətə Sarkisyan gətirib

M. Əhmədoğlu yenə də eyni fikirdə olduğunu qeyd edərək deyib ki, N. Paşinyanı Ermənistanda hakimiyyətə məhz S.Sarkisyan gətirib: "Onu Yusif Sərrac kimi müvəqqəti gətirib. Sarkisyan bilir ki, Paşinyan Ermənistanı idarə edəcək qədər ağla malik deyil. Paşinyan hesab edir ki, səs-küylü həbslər aparmaqla Ermənistanda camaatın rəyini qazanmaq olar. Qədim Romada olduğu kimi – çörək və tamaşa. Onlar hesab edirlər ki, hakimiyyət gec-tez Sarkisyanın əlinə qayıdacaq".

Paşinyan Sarkisyanı niyə həbs etmir? - SƏBƏBLƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672