Gözlənilən gün gəlib çatdı - Ordu 550 km sərhəd xəttində düşməni darmadağın etməyə gedir

Gözlənilən gün gəlib çatdı - Ordu 550 km sərhəd xəttində düşməni darmadağın etməyə gedirTürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın şimalında 550 kilometrlik sərhəd xəttini işğal edən PKK terror təşkilatına qarşı hərəkat üçün dəqiqələri saymağa başlayıb.

Publika.az xəbər verir ki, hərəkatda prioritet məsələ Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb şəhərlərinin işğaldan azad edilməsi olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri qəfil vuruşlarla yox ediləcək.

Suriya Milli Ordusu (SMO) Türkiyənin Fəratın şərqində aparacağı əməliyyat üçün 15 min əsgərini dəstək verməyə hazır olduğunu açıqlayıb. Azad Suriya Ordusunun da tərkibində olduğu SMO Türkiyədən gələn əməliyyatın başlanması siqnalını gözləyir.

Daha öncə "Fərat qalxanı" və "Zeytun budağı" hərəkatları ilə terror mərkəzinə çevrilən bölgələri işğaldan azad edən TSQ və ASO-nun 3-cü birgə əməliyyatı Suriya vətəndaş müharibəsi və İŞİD aparatından istifadə edərək PKK-ya yer açan ABŞ və dəstəkçilərinə 550 kilometrlik sərhəd xəttində ən böyük zərbə olacaq. Fəratın şərqində keçiriləcək əməliyyatların dəqiqləşməsi PKK/PYD cəbhəsində təşviş yaradıb. Prezident Rəcəb Tayyib Ərdoğanın "əməliyyat başlayır" siqnalından sonra hərəkətə keçən PKK dəstəkçiləri Deyr-əz-Zor, Rakka, Əyn İsa və Təl-Abyadda toplantılar təşkil edib. Toplantılarda Türkiyədən öncə hücuma keçmək barədə müzakirələr aparılıb. Bölgə xalqını təzyiqi altında saxlayan terrorçular xalqın Azad Suriya Ordusunda olan gənclərini geri çəkməsini tələb edir.

Terrorçular işğal bğlgələrində görüşdükləri dini liderlərə onlarla birlikdə Türkiyəyə qarşı savaşmalarını istəyir. Savaşmayanlar bölgədən qovulacaq. ABŞ-ın onlara müstəqil şimal federasiyası qurmaq üçün söz verdiyini bildirən PKK Türkiyəyə qarşı müharibədə onlara dəstək çıxanları gələcəkdə nazirlik, məmurluq, bələdiyyə sədrliyi kimi postlara təyin edəcək. Bununla yanaşı, iqtisadi sahələrdə də imtiyaz sahibi olacaqlar. Türkiyə bu həmləyə cavabsız qalmayıb. Bölgə xalqı ilə görüşlər keçirən türklər 80% xalqın dəstəyini alacaq. Ankaraya digər dəstək isə Suriya türkman və ərəb tayfa birliyindən gəlib. Hərəkatı sevinclə qarşılayan birlik Türkiyənin onları xilas edəcəyinə ümid bəslədiklərini deyib.

Hərəkat çərçivəsində ilk həmlə Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb bölgələrinin xilası olacaq. Bu çərçivədə Afrindən başlayaraq Sacirə uzanan 60 kilometrlik xətt və Münbiç-Sacir cəbhəsi hədəf olacaq. 550 kilometrlik sərhəd xətti boyunca terrorçular kəskin atəş altında saxlanılacaq. TSQ "hazır olun" əmrini verdiyi anda 14 min ASO əsgəri təyin olunan mövqelərə hərəkət edəcək. Afrin, Kəştəyar, Tinnəb, Münbiç və Əyn əl-Ərəbdə bir çox PKK ərazisi gün içində atəş altında saxlanılıb. Sərhəd xəttindəki beton blokların qaldırılması quru əməliyyatları üçün gedən tank, zirehli maşınlar və hərbi heyətin keçidini asanlaşdırıb.

Mnübiç və Fərartın şərqinə hərəkat hazırlıqları davam edərkən dünən axşam terror yuvalarına havadan bombalar yağdırılıb. İraqın şimalında terrorçular tərəfindən baza kimi qurulan Sincar və Qaracaq dağı bölgələri F-16 qırıcıları ilə vurulub. Hava əməliyyatında terrorçulara aid düşərgə, sığınacaq, mağara, tunel və depolar yerlə-bir edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 385
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 196
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 654
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470