Azərbaycanda bu işlə məşğul olanlara şad xəbər: 480 min manat ayrıldı

Azərbaycanda bu işlə məşğul olanlara şad xəbər: 480 min manat ayrıldıKənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən BiG.AZ-a verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları 4830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 480300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:

Abşeron- 20 nəfər, 807 arı ailəsi, 8070,0 manat

Ağcabədi- 65 nəfər, 1027 arı ailəsi, 10270,0 manat

Astara- 206 nəfər, 9708 arı ailəsi, 97080,0 manat

Bərdə- 26 nəfər, 638 arı ailəsi, 6380,0 manat

Füzuli- 121 nəfər, 1500 arı ailəsi, 15000,0 manat

Goranboy- 74 nəfər, 1800 arı ailəsi, 18000,0 manat

Gədəbəy- 342 nəfər, 4073 arı ailəsi, 40730,0 manat

Hacıqabul- 8 nəfər, 449 arı ailəsi, 4490,0 manat

İmişli – 2 nəfər, 100 arı ailəsi, 1000,0 manat

İsmayıllı- 5 nəfər, 65 arı ailəsi, 650,0 manat

Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8040,0 manat

Qazax- 244 nəfər, 3600 arı ailəsi, 36000,0

Qobustan- 81 nəfər, 1775 arı ailəsi, 17750,0 manat

Qubadlı- 3 nəfər, 74 arı ailəsi, 740,0 manat

Laçın - 43 nəfər, 523 arı ailəsi, 5230,0manat

Lənkəran- 102 nəfər, 3665 arı ailəsi, 36650,0 manat

Masallı – 171 nəfər, 2750 arı ailəsi, 27500,0 manat

Oğuz- 39 nəfər, 750 arı ailəsi, 7500,0 manat

Sabirabad- 2 nəfər, 80 arı ailəsi, 800,0 manat

Samux – 72 nəfər, 1088 arı ailəsi, 10880,0 manat

Samux-Gəncə- 3 nəfər, 100 arı ailəsi, 1000,0 manat

Şabran- 33 nəfər, 988 arı ailəsi, 9880,0 manat

Şamaxı- 238 nəfər, 6422 arı ailəsi, 64220,0 manat

Şəmkir- 173 nəfər, 3361 arı ailəsi, 33610,0 manat

Siyəzən- 73 nəfər, 1600 arı ailəsi, 16000,0 manat

Salyan- 16 nəfər, 283 arı ailəsi, 2830,0 manat

_______________________________

Cəmi: 2189 nəfər / 48030 arı ailəsi / 480300 manat

Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 4654 arıçiya 113815 arı ailəsinə (pətəyə) görə 1138,15 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1566   Tarix: 12 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

21:30 0
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

11:35 222
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 159
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

20:11 72
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 176
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

20:30 0
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 496
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 292