ABŞ kəşfiyyatından 2019-cu il üçün DƏHŞƏTLİ PROQNOZ: Sərhədlərimizdə müharibə və...

ABŞ kəşfiyyatından 2019-cu il üçün DƏHŞƏTLİ PROQNOZ: Sərhədlərimizdə müharibə və...ABŞ-ın "MKİ-nin kölgəsi" adlandırılan "Stratfor" kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu hissədə Yaxın Şərq və Şimali Afrika ilə bağlı proqnozlar yer alıb.

Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.

ABŞ-İran: toqquşmaya doğru

ABŞ-ın rəhbərliyi altında başlanmış sanksiyalar kampaniyası İrana zərər verəcək, amma İran hökumətinin devrilməsinə gətirib çıxarmayacaq. Hərçənd bu, ölkənin iqtisadiyyatı üçün çox ağır olacaq. ABŞ sanksiyaları kəskinləşdirərək İranı danışıqlar masasına qaytarmağa ümid edir. Amma bu siyasət işləməyəcək. İranın kəşfiyyat və təhlükəsizlik xidmətləri əlavə gücləri alaraq, ölkə üzərində artan təzyiq şəraitində öz müdafiə strategiyasını möhkəmləndirəcək.

Tehranda Qərbin sanksiyalarına ABŞ və onun Fars körfəzindəki müttəfiqlərinin gəmilərinə qarşı narahatedici hərəkətlərlə cavab vermək istəyi yaranacaq. Bu cavab həmçinin, ballistik raketlərin sınaqlarının keçirilməsi və ya nüvə sahəsində işlərin yenilənməsi ilə ola bilər. Amma buna tamamilə ehtiyac olduğu halda gedəcək. Tehran hələ ki, kibermüharibə, gizli əməliyyatların keçirilməsinə və öz regional əlaltılarının köməyi ilə ABŞ, İsrail və Fars körfəzi ölkələrinə cavab zərbələrinə hazırlıqla məşğul olacaq. İran özünə qarşı hərbi zərbəni provokasiya etmək istəmir, amma 2019-cu ildə Avropa İttifaqı tərəfindən siyasi dəstək zəifləyəcək. Tehran qətiyyətli və daha təsirli cavab ölçüləri tətbiq edəcək.

ABŞ regional müttəfiqləri gücləndirir

ABŞ öz regional strategiyasını həyata keçirərək müttəfiqlərin iki qrupuna dəstək göstərəcək. Birinci qrupa İranın hərəkətləri ilə narahat olan və ən sərt anti-İran siyasəti həyata keçirməyə hazır olan müttəfiqlərə aiddir. Bu, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.

Küveyt, Oman və Qətərin yer aldığı müttəfiqlərin ikinci qrupu da İrana qarşı sərt hərəkət etməyə hazırdır. Bu ölkələr bəzi regional münaqişələrdə və böhranlarda ABŞ-a strateji, diplomatik və iqtisadi kömək göstərə bilər.

Səudiyyə Ərəbistanı diqqət mərkəzində

2019-cu ildə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman haqqında artan narahatçılığı zəiflətməli olacaq. Səudiyyə jurnalisti Camal Qaşıqçının qətlindən sonra şahzadənin bütün hərəkətləri ona yüksək beynəlxalq diqqəti cəlb edəcək. O, əvvəlki kimi Səudiyyə monarxiyasında yüksək yer tutur, ancaq onun mövqeləri onsuz da ata kral Salmanın dəstəyindən asılıdır. Eyni zamanda, kral ailəsinin daxilində müqavimət güclənməyə davam edir. Ər-Riyadın bəzi əsas müttəfiqləri Səudiyyə Ərəbistanına hərbi köməyi və birbaşa xarici investisiyaları məhdudlaşdıracaq, ancaq ən əhəmiyyətli əlaqələr çətin ki, ciddi dəyişikliklərə məruz qalacaq.

Suriya qazanının qaynayan suyu bayıra tökülə bilər

Suriya vətəndaş müharibəsinin yekun mərhələsində bu ölkəyə təsir və nəzarət üçün əsasən beş dövlətlə mübarizə aparır: Türkiyə, Rusiya, Birləşmiş Ştatlar, İsrail və İran. Moskva və Tehran Suriya prezidenti Bəşər Əsədi möhkəm dəstəkləyir, amma onlarda dəstəyin səviyyəsi müxtəlifdir və müxtəlif hədəfləri var. Rusiya Yaxın Şərqdə öz təsirinin genişləndiriilməsi üçün Suriya münaqişəsindən istifadə etdi və öz nailiyyətlərini, Suriyada olan hərbi texnikasını və əmlakı müdafiə edəcək. Hərçənd Moskva Türkiyə, ABŞ və ya İsraillə açıq münaqişəyə daxil olmaq istəmir. İran Dəməşqi dəstəkləyərək daha çox təcavüzkarlıqla hərəkət edir. Tehran Suriyada öz qruplaşmasını gücləndirməyə, İsrail isə İranın planlarına mane olmağa çalışacaq.

Türkiyə və Birləşmiş Ştatlar əvvəlki kimi Əsəd hakimiyyətinə qarşı çıxacaqlar. İki ölkə NATO üzrə müttəfiq olsalar da, Suriyada onların hər birinin öz hədəfləri və niyyətləri var. Birləşmiş Ştatlar bu ölkədə Tehranın təsirini zəiflətməyə çalışır. İrana qarşı hərəkətlər ABŞ və Rusiya arasında gərginliyi artıra bilər. Moskva İranı Suriyadan çıxartmaq istəmir. Dekonfliktizasiya üzrə səylərə baxmayaraq, Amerika və Rusiya qoşunlarının iştirakıyla hərbi toqquşma əvvəlki kimi mümkündür.

2019-cu ildə Suriyada böyük dövlətlərin iştirakıyla münaqişə alışması istisna edilmir. Türkiyə əvvəlki kimi, Suriyada kürd güclərinə (PKK/PYD terror təşkilatı –red.) qarşı mübarizəyə köklənəcək. Bu, ABŞ üçün problemlər yaradır. Türkiyə Suriyanın şimal-qərbində İdlib əyalətini qorumağa söz verib, amma vilayət Türkiyə üçün tamamilə gərginlik mərkəzi ola bilər. Dəməşq ölkəni tamamilə öz nəzarəti altına almağı qarşısına məqsəd qoyub. 2019-cu ildə Suriyada dövlətlərarası qarşıdurma ehtimalı heç vaxt olmadığı qədər böyük olacaq, hərçənd tərəflərdən hər biri bundan qaçmağa çalışacaq.

2019-cu ildə "Stratfor"un əlavə proqnozları

- Səudiyyə Ərəbistanı xarici təchizatçılardan daha az asılı olmaq üçün şəxsi müdafiə sənayesinin yaradılması üzrə səyləri davam etdirəcək.

- İsrail infrastruktur layihələrinin reallaşdırılmasına investisiyalar axtarmalı olacaq. Amma əgər o pulu Çindən götürməyə başlayarsa, bu ABŞ tərəfindən cəza ölçüləri ilə nəticələnə bilər.

- Qaşıqçı işi ABŞ-ı Yəməndə müharibəyə öz münasibətini təkrar gözdən keçirməyə məcbur edəcək.

- İranın raket arsenalı İsrailin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bu, xüsusilə onunla bağlıdır ki, Tehran regiondakı əlaltılarına silah çatdırır. İsrail belə təhlükənin aradan qaldırması üçün bütün lazımlı ölçülərə təşəbbüs edəcək.

- İraqın yeni hökuməti ölkədə rəqabət aparan xarici güclər arasında balansı tapmağa çalışacaq.

- Öz aralarında rəqabət aparan qruplaşmaların birləşməsi üzrə Liviyanın çətin mübarizə Fransa və İtaliya arasında rəqabət üzündən daha da çətinləşəcək.

Ən əhəmiyyətli tarixlər

Yanvar. "Ərəb NATO"-su adlandırılan Yaxın Şərq strateji ittifaqın birinci görüşü ola bilər.

Yanvar. Afrika İttifaqının dövlət başçıları Misirdə görüş keçirəcəklər.

17-22 fevral. Parisdə Çirkli Pulların Yuyulmasının qarşısının alınması ilə bağlı Maliyyə Qrupunun (FATF) plenar iclası olacaq. İclasda İranın statusu müzakirə ediləcək.

Mart. Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər keçəcək.

Aprel. Əlcəzairdə prezident seçkiləri olacaq.

Avqust. İran Hörmüz boğazında illik hərbi dəniz təlimlərini keçirəcək.

Noyabr. İsrail parlamentinə seçkilər keçiriləcək.

Naməlum tarix. İranda 2020-ci il parlament seçkilərinin tarixi elan ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1753   Tarix: 11 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 131
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 631
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 301
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

23.04.2024 392
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1545
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 360
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 410
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 130
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 232