Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLAR

Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLARXəbər verdiyimiz kimi, Bakıda ötən gecə dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, "Buta Palace"nin art direktoru Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı Taxveli Adelya Azər qızını 5-ci mərtəbədən ataraq qətlə yetirib.

Dünyada minlərlə qadın həyat yoldaşları tərəfindən işgəncələrə məruz qalır və amansızcasına öldürülür.

BiG.AZ həyat yoldaşları tərəfindən eyvandan atılaraq öldürülən və yaralanan qadınları təqdim edir:

-Ər arvadını döyüb, boğub öldürüb, sonra da eyvandan atıb.

Ərin arvadını dayanacaq boyunca sürümə, liftdə döymə və eyvandan atma anı təhlükəsizlik kameralarına düşüb.

Luis Felipe Manvailer adlı kişi Tatiane Spitzner adlı arvadını 4-cü mərtəbənin eyvanından ataraq öldürüb.

29 yaşlı olan Tatiane vəkil işləyib. Onun əri isə universitetdə müəllim olub.
Hadisə Braziliyanın Guarapuava şəhərində baş verib.
Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLARƏr arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLAR- Çində kişi həyat yoldaşını eyvandan atıb.

Əsəblərinə hakim ola bilməyən ərin əvvəlcə telefonu daha sonra xanımını eyvandan atır. Xoşbəxtlikdən qadın ciddi xəsarət almayıb. Baş verənlər baxmayaraq xanım polisə onu bağışladığını və ərinə qarşı ittiham irəli sürməyəcəyini bildirib.

Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLAR- Türkiyənin İzmir şəhərində arvadı ilə dalaşan ər onu eyvandan aşağı atıb.

Hadisə dünən səhər saatlarında qeydə alınıb. Hadisənin ərlə arvad arasında baş verən mübahisədən sonra qeydə alındığı bildirilir. Tibb bacısı işləyən Raziye K. Ilə həyat yoldaşı avara həyat tərzi keçirən Ozan K. Arasında mübahisə baş verib. Mübahisə zamanı Raziye K. eyvana çıxıb. Onun arxasınca gələn kişi qadını ikinci mərtəbədən yerə itələyib. Betan döşəməyə çırpılan qadın ağır yaralanıb. Qonşular dərhal hadisə yerinə təcili yardım çağırıblar. Qadın xəstəxanada əməliyyat olunub. Əməliyyatdan sonra qadın özünə gəlib. O, polisə verdiyi ifadədə bildirib ki, ərinin qəzəbinə düçar olub. Qadının ifadəsi əsasında Ozan K. saxlanılıb. O, polisə ifadədə qadının intihar etmək istədiyini bildirib. İfadəsi alınan Ozan K. məhkəməyə göndərilib.
Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLAR- Türkiyədə məhkum qətl törədib.

Mersin şəhərində ailəsini görmək üçün 1 günlük həbsxanadan icazə alan 34 yaşlı Onur Can həyat yoldaşını 4-cü mərtəbənin eyvanından ataraq öldürüb.

Qonşuların dediyinə görə, cinayətdən əvvəl onlar mübahisə ediblər.

Qeyd edək ki, cütlüyün iki övladı var.

Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLAR- Ankarada bir kişi boşanma ərəfəsində olan arvadını bıçaqlayıb, eyvandan aşağı atıb.

Hadisə Başkənddə baş verib.

İddiaya görə, Fatih E. boşanma ərəfəsində olan həyat yoldaşı Sevim E-ni ölümlə təhdid etməyə başlayıb. Ərinin təhdidlərindən qorxan qadın anasının evinə sığınıb. Bir müddət əri tərəfindən təhdidlərə məruz qalan Sevim 26 avqustda anasının evində onun hücumuna məruz qalıb. Qaynanasının evinə pəncərədən daxil olmağa çalışan kişi həyat yoldaşına hücum edib. Arvadını bıçaqlayan Fatih analarına kömək etmək istəyən qızlarını da döyüb. Daha sonra qanlar içində olan arvadını eyvandan aşağı atıb. Əsəblərini cilovlaya bilməyən kişi eyvandan aşağı atdığı həyat yoldaşına dibçək də tullayıb.

Qızlar analarını xilas etmək üçün polisə və təcili tibbi yardıma xəbər veriblər. Yaralı qadın xəstəxanaya aparılıb. Fatih E. polislər tərəfindən saxlanılsa da ifadə verdikdən sonra sərbəst buraxılıb.

Fatih və Sevim cütlüyünün böyük qızı E.E polisə ifadəsində atasının anasını ölümlə təhdid etdiyini söyləyib: "Atam pəncərədən dırmaşıb içəri girdi. İlk öncə anama hücum edib, bıçaqladı. Daha sonra da eyvandan aşağı atdı. Bacımla mən anama kömək etmək üçün aşağı düşdük. O, anamın üzərinə dibçək atmağa davam edirdi. Atam mənə və digər bacılarıma da hücum etdi. Atam mənim mənim başımı divara çırpıb, barmağımı kəsdi. Anamın vəziyyəti ağırdır. Anamla bizim həyatımız təhlükədədir. Polislərin niyə atamı sərbəst buraxdığını anlamıram".
Ər arvadını döydü, boğdu, eyvandan atdı - İşgəncə ilə öldürülən qadınlar - SİYAHI+FOTOLARAysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2942   Tarix: 11 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988