Yol polisi bu sürücüyə görə hərəkətə keçdi — FOTOLAR

Yol polisi bu sürücüyə görə hərəkətə keçdi — FOTOLARBakıda sürücülər əksər hallarda maşınları park edərkən, qaydaları pozmaqla yanaşı, piyadaların da yolunu kəsirlər. Əksər hallarda isə əlil və uşaqlı piyadaların hüququ pozulur.

BiG.AZ xəbər verir ki, belə hallardan biri ilə bağlı baku.ws-in redaksiyasına fotolar göndərilib. Fotolardan da göründüyü kimi minik maşınının sürücüsü piyada səkisinə girişi bağlayıb. Avtomobili dəmir məhəccərə yaxın saxlayan sürücü bununla əlil və uşaq arabalarının rahat hərəkətinə mane yaratmış olub.

Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədova fotoları təqdim etdik. Yol polisi açıqlamasında şəkillərdən göründüyü kimi sürücü tərəfindən qaydalarının pozulduğunu təsdiqlədi.

"Əgər piyada səkisi ilə maşın yolu arasında dəmir məhəccər varsa, bu 100 faiz yolun kəsişmə hissəsidir. Fotolardan da göründüyü kimi sürücü avtomobili yolun kəsişmə hissəsində saxlayıb.

Bu da açıq-aşkar "Yol Hərəkəti Haqqına" Qanunun tələblərinin pozulmasıdır. Yəni avtomobilin dayanma-durma tələbləri sürücü tərəfindən pozulub. Piyadaların yolunu kəsib-kəsilməməsi isə sonrakı mərhələdir.

Əgər əlillərin keçməsi üçün yolun kəsilməsi əməli varsa, bu sürücünün bir başqa kobud qayda pozuntusudur. Yaxşı hal deyil. Təəssüf doğuran haldır", - deyə Vaqif əsədov bildirib.

Yol polisi təqdim edilən foto və məlumatlarla bağlı araşdırma aparılacağını bildirib:

"Əgər qanun pozuntusu barədə məlumat daxil olursa və bu barədə məlumatlar sosial şəbəkələrdə, eləcə də KİV-lərdə yayılırsa, mütləq polis tərəfindən tədbirlər görüləcək".
Yol polisi bu sürücüyə görə hərəkətə keçdi — FOTOLARVaqif Əsədov bir daha sürücülərə maşın saxlayarkən piyadaların yolunu kəsməməyi tövsiyyə edib:

"Bir daha Bakı şəhərinin inzibati ərazilərinə düşən əksər küçə və proqpektlərdə süni sıxlığın yaşanması əsasən sürücülərin dayanma-durma, parklanma tələblərinin düzgün yerinə yetirməməsindən yaranır.

Bu istiqamətdə polislə birgə Bakı Nəqliyyat Agentliyi də müvafiq tədbirlrə həyata keçirir. Lakin sürücülər özləri də öz düşüncəsini və keyfiyyətini ortaya qoymalıdırlar. Onlar maşınları ilə başqalarının yolunu kəsməməlidirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 694   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: "İmkanım yoxdur, saxlaya bilmirəm" - VİDEO

Bakıda kişi iki azyaşlı uşaq ilə yol kənarında dillənir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlar Nəsimi rayonu, Xutor qəsəbəsi kimi tanınan ərazidə, yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolda lentə alınıb. Uşaqlardan biri kişinin qucağında, digəri beton üzərinə uzadılıb. Görüntülərd

27.08.2020 1036
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020