Natavanla Səidə arasında nə baş verib?

Natavanla Səidə arasında nə baş verib?

"Düzünü desəm, mən incimişəm. İnsan umduğu yerdən inciyər. Buna haqqım da var. Heç kim gəlib deyə bilməz ki, Səidə, sən düz etməmisən".

Axşam.az-ın məlumatına görə, bu sözləri "ATV maqazin onlarla"ya açıqlamasında müğənni Səidə Sultan küsülü olduğu rəfiqəsi Natavan Həbibi haqda deyib. İfaçı bildirib ki, Həbibidən küsən tərəf o, olub:

"Bizim illərimiz var, çörək kəsmişik. Digərləri özü bilər. Amma mən öz adıma danışıram. Səbəb odur ki, aramızda olan söhbətdir. Bu söhbəti ya o, ya mən ağartsaq, sonra barışsaq, istəmərəm insanların gözündən düşüm.

Natavan mənim əzizim, doğmamdır. İstəmərəm ki, aramızda olanı kimsə bilsin. Səhər bəlkə barışacağıq. O, mənə heç vaxt yad ola bilməz. Ona pis, yaxşı nəsə olsa, yenə də yanında olaram.
Barışığın vaxtı, zamanı var. Şou-biznes qaydalarında bəlkə bu var, amma mənim üçün deyil. Özümü şou-biznesdə hiss etmirəm. Ora heç bir aidiyyatım yoxdur. Mən Səidəyəm. Əgər özümü orda hiss etsəm, çox iddialı olardım, qaydalara görə oynayardım".




Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 625 Tarix: 10.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər