Özbəkistan polisi rüşvət almayacağına dair Qurana and içib

Özbəkistan polisi rüşvət almayacağına dair Qurana and içib
Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair Qurana and içiblər.

BiG.AZ oxu.aza istinadən xəbər verir ki,bu haqqda «Azadlıq» radiosunun Özbəkistan üzrə bürosu «Radio Ozodlik» məlumat yayıb.

Beləliklə, Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirilir. Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.

Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 513 Tarix: 09.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol