Saxta şeyxdən İYRƏNC TƏLƏB: "Bir-birinizlə əlaqəyə girin"

Saxta şeyxdən İYRƏNC TƏLƏB: "Bir-birinizlə əlaqəyə girin"
Türkiyənin Konya şəhərində özünü şeyx kimi təqdim edən şəxs 68 il həbs cəzasına məhkum edilib.

O, 2008-2017-ci illər ərzində 17-22 yaşlı 5 kişini cinsi istismar edib. 65 yaşlı S.İ özünü insanlara müqəddəs bir şəxs kimi tanıdıb, onun söhbətlərindən ayrılmaq istəyənlərin isə başına müsibətlər gələcəyini deyərək hədələyib. İnsanları aldatmaq üçün müxtəlif yalançı hekayələr uydurub.

“Mənə itaət edənlər mənəvi olaraq rütbə alıb irəliləyəcəklər”-, deyərək qurbanlarının dodağından öpüb, onları cinsi istismara məruz qoyub. S.İ kişilərə qarşı islam dinində qəbul edilməyən, əxlaqdan kənar davranışlar nümayiş etdirib. Bütün bunları islam dininin tələbləri kimi təqdim edib.

Müxtəlif üsullarla, sözlərlə kişiləri aldadıb, həm özü onlarla cinsi münasibətdə olub, həm də onların bir-biriləri ilə əlaqəyə girmələrini tələb edib.

Məhkəmənin qərarı ilə S.İ 68 il həbs cəzasına məhkum edilib.(publika)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3307 Tarix: 09.12.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər