Yan Ola Sand: "Azərbaycandakı "Eurovision" layihəsinə dəstək daha çoxdur"

Yan Ola Sand: "Müsabiqənin qaydaları hər kəsə aydındır, Ermənistan da daxil olmaqla, hər bir ölkə bu qaydalara əməl etmədir"".Mən ümumiyyətlə, "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar istənilən siyasi ismarıcın əleyhinəyəm. "Eurovision" tamamilə musiqi və mədəniyyət yarışmasıdır. Danılmaz faktdır ki, Azərbaycan "Eurovision" müsabiqəsi ilə diqqəti çox cəlb elədi. Azərbaycanda keçiriləcək yarışmada 41 ölkənin iştirakı bu çağırışların heç bir nəticə vermədiyini təsdiqləyir. Azərbaycandakı "Eurovision" layihəsinə dəstək daha çoxdur».

Bu sözləri APA-nın sualına cavab olaraq, müsabiqənin icraçı rəhbəri (executive supervisor) Yan Ola Sand deyib. "Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» yarışmasının bəzi qurumlar tərəfindən boykot edilməsinə çağırış məqsədli addımlarını necə dəyərləndirirsiniz» sualına cavab verən icraçı rəhbər bildirib ki, həqiqətən də bəzi təşkilatlar boykota çağırış edib, lakin sonradan bunun nəticəsiz olduğunu görərək fikirlərindən daşınıb. Y.Ola Sand bu çağırışın kiçik təşkilatlar tərəfindən edildiyini sözlərinə əlavə edib. Avropa Yayımları Birliyinin (EBU) Ermənistanı iştirakdan imtina etdiyinə görə cərimələməsinə münasibət bildirən icraçı rəhbər qeyd edib ki, müsabiqənin qaydaları hər kəsə aydındır və bu qaydalar bütün ölkələrə şamil edilir: "Ermənistan da daxil olmaqla, hər bir ölkə bu qaydalara əməl etmədir».

Yan Ola Sand Azərbaycanda keçirilən müsabiqədə təhlükəsizliyin yüksək səviyyədə həyata keçirildiyini də əlavə edib: ""Baku Crystal Hall»ın içərisində də, ətrafında da tamamilə təhlükəsizlikdir və hər bir kəs Azərbaycanda gerçəkləşən bu layihədə rahatlıqla iştirak edə bilər".

Azərbaycanda «Eurovision-2012» hazırlığından da danışan icraçı rəhbər, iyundan başlayaraq mütəmadi olaraq Bakıya gəldiyini və hazırlıq prosesindən çox razı olduğunu qeyd edib: "Təşkilatçılar qarşısında bir neçə məsələ qoyulub və indiyə qədər hər şey vaxtında həyata keçirilib. Bakıda səhnə çox fərqlidir. İlk növbədə səhnənin həm forma, həm də görünüşü möhtəşəm və mükəmməl olacaq. "Green Room" da tamamilə fərqli olacaq. Bu səhnədə 3D effektlərindən istifadə olunması çox gözəl ideyadır və marağı daha da artırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1254   Tarix: 04 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir

Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil. "Qafqazinfo" xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığort

13:05 295
.

Aybəniz Haşımovaya nə olub?

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O, iynə vurdurduğu yerdə görüntülərini paylaşıb. A.Haşımova paylaşımına "İnşallah, tez bitər" şərhini yazıb

16:25 247
.

Bakıda 78 nəfər XII sinfi bitirir

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 22, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir. Axşam.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb

14:43 217
.

Elbəy Ağayevin masterklassı böyük maraqla qarşılandı - VİDEO

İyunun 8-də tanınmış saç ustası Elbəy Ağayevin təşkilatçılığı ilə Bakıda masterklass keçirilib. Tədbirə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, Türkiyə və Gürcüstandan gələn peşəkarlar da qatılıblar. Təşkilatçının sözlərinə görə, masterklassa ümumilikdə 331 nəfər iştirak edib. İştirakçı sayının çoxluğ

15:05 230
.

Paşinyan qalib gəldi, amma əsas mübarizə indi başlayır

Ermənistanda parlament seçkiləri başa çatıb. Seçki bülletenlərinin 100 faizi hesablanıb və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 49,81 faiz səslə qalib gəlib. Yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq: "Vətəndaş Müqaviləsi", "Gücl

11:32 208
.

İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: "Hələ də anlaya bilmir ki..."

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Kamal Cəfərovla Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədov arasında qarşıdurma yaranıb. "Yeni Sabah" xəbər verir ki, buna iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələr

20:15 59
.

Bərdədə ağır qəza - Hərbçi həlak oldu-Foto-Yenilənib

Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. "Qafqazinfo" xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Toyota Prius" markal

13:59 236
.

Almaniya və Fransa birgə qırıcı təyyarə layihəsini dayandırıblar

Almaniya və Fransa liderləri, Avropanın ən iddialı müdafiə proqramı ilə bağlı sənaye rəqabətinə görə, yeni nəsil qırıcı təyyarənin hazırlanması və istehsalı üzrə mühüm layihəni dayandırmaq barədə razılığa gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts və Fransa prezident

11:03 153
.

"Yarqunat"ın aparıcı ilə ailə qurdu

"Soyuq günəş" filmindəki Yarqunat rolu ilə məşhurlaşan aktrisa İranə Kərimovanın toyu olub. Axşam.az xəbər verir ki, İranə teatrşünas, "Mədəniyyət TV"nin aparıcısı Dağlar Yusif Əfəndi ilə ailə qurub. Məclis şəhər restoranlarından birində keçirilib. Toydan görüntülər sosial şəbəkəd

11:37 337
.

TOP MP3