"Bir barmağı əldən getdi..." - Azərbaycanda əlində partlayıcı vasitə partlayan 10 yaşlı uşağın atası

"Bir barmağı əldən getdi..." - Azərbaycanda əlində partlayıcı vasitə partlayan 10 yaşlı uşağın atası
Bərdə rayonunda əlində pirotexniki vasitə partlayan 10 yaşlı uşağın barmağı amputasiya olunub.

Bu barədə A24.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün rayon sakini 2008-ci il təvəllüdlü Məhəmməd Rantiq oğlu Süleymanov xəstəxanaya yerləşdirilib. Onun bir barmağı amputasiya olunub. Ona müvafiq yardımlar edildikdən sonra evə buraxılıb.

Uşağın atası Rantrik Süleymanov bildirib ki, övladının səhhəti yaxşıdır və hazırda evdədir: “Hadisə ötən gün olub. Hardansa pirotexniki vasitə tapıb və partladan zaman əlində partlayıb. Elə həmin günü Bərdə rayon Mərkəzi Xəstəxanasına apardıq. Xəstəxanadan müvafiq köməklik göstərildi. Uşağın bir barmağı amputasiya olundu. Digər barmağı isə qırılıb və hazırda müalicəsi ev şəraitində davam etdirilir. Ümumilikdə səhhəti yaxşıdır, amma bir barmağı əldən getdi”.

***

Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb.

Rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıqdan pirotexniki vasitə onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədənin müxtəlif nahiyələri yanıb.

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.(report)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1668 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 07.12.2018
Allah köməyi olsun
zor ))