Azərbaycanda polislər gənc qadını belə xilas etdi

Azərbaycanda polislər gənc qadını belə xilas etdi

Polislər gənc qadının həyatını xilas ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BiG.AZ-a verilən məlumata görə, dekabr ayının 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan problemlə əlaqədar onu qonşu kənddə olan tibb məntəqəsinə aparıblar.

Ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığını və təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu, bunun üçün o qədər də çox vaxtlarının olmadığını bildiriblər. Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Elə həmin vaxt kənd ərazisində xidmətdə olan Şəki RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar. Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 321 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol