Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR

Bakıda yeni tikilən 20 mərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Xəətai rayonu ərazisində - Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli “Skyland” yaşayış binasında işləyən fəhlə hündürlükdən yıxılıb. Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1588 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol