Cinayət işi açılan Orduxanı 20 il həbs gözləyir - Vəkil danışdı

Cinayət işi açılan Orduxanı 20 il həbs gözləyir - Vəkil danışdı

Azərbaycan Respublikası Prokurorluğu sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan siyasi emiqrant, bloger Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb. Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur. Onun haqqında rəsmi axtarış elan edilib.

Yayılan məlumatda qeyd olunub ki, Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur. BiG.AZ həmin maddələrlə ittiham olunan şəxsin neçə il azadlıqdan məhrum edilməsi araşdırıb.

Bununla bağlı Big.az-a açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, bu maddələr çox ağırdır: “ Bu maddələrdən biri Fuad Qəhrəmanlıda var idi. Ona 11 il iş verildi. Yəqin ki Orduxan Teymurxan da 15-20 ilə yaxın azadlıqdan məhrum ediləcək".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1425 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 07.12.2018
bunu da ilişdirirlər deyəsən :D
zor ))


 
ovik
ovik 07.12.2018
ONUN DİRNAGİNA BELE DEYE BİLMEYECEKSİZ SATQİNLAR!!! ZAQATALA