Ərinin ailəsi qızılları tələb etdi - 2 uşaq anası özünü öldürdü (TƏFƏRRÜAT)

Ərinin ailəsi qızılları tələb etdi - 2 uşaq anası özünü öldürdü (TƏFƏRRÜAT)Xəbər verdiyimiz kimi, Salyan rayonunda iki uşaq anası intihar edib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, rayonun Xələc kəndində 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib. Ülviyyə Əliyevanın həyat yoldaşı Əliyev Natiq Taleh oğlu Qobustan rayonunda mühafizəçi işləyir. İntihar edən xanımın iki azyaşlı qızı var. Onlardan birinin 3, digərinin 5 yaşı var. Kənd sakinlərinin dediklərinə görə, Ülviyyə Salyana Hacıqabul rayonundan gəlin köçüb. Onlar 7-8 ildir ailəli imiş. İlkin məlumata görə, Ülviyyə Əliyevanın intihar etməsinə səbəb ailələrində qızıl zinət əşyaları üstündə mübahisə yaranıb. Belə ki, Natiq Əliyevin ailəsi gəlinlərinə toylarında hədiyyə etdikləri qızıllar 3-4 gündür yoxa çıxıb. Oğlanın ailəsi 27 yaşlı gəlinlərini qızılları atasıgilə verməkdə ittiham edib. Bundan sonra qadın yaşadıqları iki mərtəbəli evdə intihar edib. Gənc qadının asılmış vəziyyətdə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb. Ülviyyə Əliyevanın ərinin ailəsi onu Salyanda dəfn etmək istəsələr də qadının ailəsi buna razı olmayıb. Mərhum dəfn olunmaq üçün Hacıqabul rayonuna aparılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin baş verməsinin səbəbləri araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1188   Tarix: 07 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 166
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170