"Görüb ürəyi darıxır, çaxmağı çaxıb" – Alovun ağuşunda qalan oğulun anası – VİDEO

"Görüb ürəyi darıxır, çaxmağı çaxıb" – Alovun ağuşunda qalan oğulun anası – VİDEO
Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib.

ARB TV xəbər verir ki, partlayış nəticəsində evdə olan 2 nəfər xəsarət alıb.

Onlar dərhal Xaçmaz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan 56 yaşlı Qətibə Teymurovaya boyun nahiyyəsinin orta səthinin yanığı, 43 yaşlı David Əlimuradova isə bütün bədənin alov yanığı, şok diaqnozu qoyulub. Vəziyyəti ağır olan David Əlimuradov paytaxt xəstəxanalarından birinə yola salınıb. Qətibə Teymurova isə ambulator yardımdan sonra evə buraxılıb.

Dəstəgül Əlimoradova – Zərərçəkənin anası: “Qaz çoxalıb. Qapını döydüm ki, dur bala, işə getməlisən, növbəyə getməli idi. Durub görüb ürəyi darıxır, çaxmağı çaxıb. Onunla da ev-eşiyib dağılıb gedib. Qapı, pəncərə dağılıb. Güclə çıxdıq ordan”.

Hadisəyə səbəb qaz sızması göstərilir. Partlayışın gücü böyük olduğundan 2 mərtəbəli yaşayış evinə və qonşuluqdakı mənzillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 515 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol