Evli kişi Facebook-da tanış olduğu qadının evinə getdi, həyatının şokunu yaşadı

Evli kişi Facebook-da tanış olduğu qadının evinə getdi, həyatının şokunu yaşadı

İstanbulda kişi sosial şəbəkədə tanış olduğu qadınla ilk görüşməsi zamanı onu evə buraxan zaman 4 nəfər tərəfindən qaçırılaraq 3 gün ərində işgəncələrə məruz qalıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 gün işgəncələrə məruz qaldıqdan sonra Y.O-ya məcburi sənəd imzaladıb bütün pulunu əlindən alıblar.

Bundan əlavə, həmin şəxslər kişinin evinə də gedərək "Ərinin bizə borcu var" deyib, qolundakı bilərzikləri də alıblar. Daha sonra qadına torpaq sahəsini məcburi satdırmağa çalışıblar.

Y.O-nun bütün pullarını əlindən aldıqdan sonra onu evinin qarşısına atıb qaçıblar.

Hazırda polis Y.O-nu qaçıran 4 kişini və onun sosial şəbəkədə tanış olduğu qadını axtarır.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1246 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol