Gürcüstanda azərbaycanlını öldürən şəxslə bağlı qərar verildi

Gürcüstanda azərbaycanlını öldürən şəxslə bağlı qərar verildi

Gürcüstanın Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyevi qətlə yetirən şəxsə hökm oxunub.

Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Rustavi Şəhər Məhkəməsinin qərarına əsasən, müttəhim 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilib ki, T.V. adlı şəxs bu ilin mayın 5-də gecə saatlarında münaqişə zəminində ov tüfəngi ilə N.Vəliyevi qətlə yetirərək meyitini Xram çayına atıb və hadisə yerindən qaçıb.

N.Vəliyevin meyitini mayın 7-də səhər saatlarında kənd çobanı meşədə tapıb.

T.V. avqustun 5-də saxlanılıb və ona qarşı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.(Report)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 120 Tarix: 07.12.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol